Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:31

-
Araşdırmaçı jurnalist, Azadlıq Radiosunun əməkdaş Xədicə İsmayılın ittiham olunduğu 147.2 maddə üzrə (böhtan) cərimə qərarı amnistiyaya düşüb.

Bu barədə o özünün Facebook səhifəsində yazıb:

“Bu gün amnistiyaya düşmüşəm.Elman Türkoğlunun şikayəti üzrə mənə kəsilən 2500 AZN cərimə amnistiyaya düşüb. Bu gün Binəqədi icra şöbəsində amnistiya qərarını mənə təqdim edib, işi bağladılar. Buna baxmayaraq, iyunun 28-də, saat 11.40-da həmin iş üzrə bəraət almaq üçün vəkilim Yalçın İmanovun şikayətinə baxılacaq”.

Parlamentin ötən ayın 20-də qəbul etdiyi layihəyə görə, 2500 manata qədər bütün cərimələr amnistiyaya düşür.

Hələ həbs olunmazdan öncə Xədicə İsmayıla qarşı Elman Türkoğlu iddia qaldırmışdı.

«Baş bayraqdar» ayamalı Elman Həsənov (Türkoğlu) jurnalist Xədicə İsmayılın CM-nin 147.2-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyirdi.

Elman Həsənov jurnalistin öz «Facebook» hesabında yaydığı bir məlumatda şəxsi həyatına müdaxilə edildiyini və ona böhtan atıldığını iddia edirdi.

____________________________________________________________

Bunlara da bax:
'İnəyi gözdən qoymağa peşmansan…'
Üçəmlərdən sağ qalan körpə Bakıya gətirilir

____________________________________________________________

Jurnalist ittihamı rədd edir və bunun siyasi motivli olduğunu bildirirdi.

Ancaq Xədicə İsmayıl bşqa ittihamlar üzrə həbsdə olarkən bu iş üzrə ona hökm oxunmuşdu. Jurnalist 2500 manat cərimə edilmişdi.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin o, ittihamları qəbul etməyib və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirib.

Xədicə İsmayıl mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrum etmə cəzası ilə sərbəst buraxılıb.

Xədicə İsmayılla geniş müsahibə

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG