Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:23

Amanpoura mükafatı Xədicə təqdim edib


Christiane Amanpour UNESCO-nun Xədicə İsmayıla mükafatvermə mərasimində

Christiane Amanpour UNESCO-nun Xədicə İsmayıla mükafatvermə mərasimində

CNN telekanalının məşhur aparıcısı Christian Amanpoura beynəlxalq Burton Benjamin mükafatını azərbaycanlı jurnalist Xədicə İsmayıl təqdim edib. Göndərdiyi videomüraciətlə.

Amanpour Xədicənin azadlığa çıxdığına sevindiyini deyib.

“Salam. Burda iştirak etmək çox şərəflidir. Bu, ağlasığmaz əhvalatları eşitmək, həyatlarını uzun müddət riskə atmış jurnalistlərin əhvalatlarını dinləmək çox möhtəşəmdir.

Jason-u azadlıqda görmək, Xədicəni azadlıqda görmək çox gözəldir. Amma heyf ki, o indi səyahət edə bilmir. O gərək heç vaxt həbsdə olmamalıydı”.

Buna da bax:​ Xədicə İsmayıla Dünya Mətbuat Azadlığı Mükafatı təqdim olunur

Christian Amanpour Jurnalistləri Müdafiə Komitəsinin Beynəlxalq Azadlıq Mükafatını alıb.

O, çıxışında avtoritar rejimləri xatırlayıb, onların jurnalistlər üçün yaratdıqları maneələri xatırladıb.

Amanpour həm də deyib ki, onun heç ağlına da gəlməzdi ki, bir gün bu nüfuzlu mükafata layiq görülər.

Benjamin Franklin mükafatı Amanpoura dünyada söz azadlığına verdiyi töhfələrə görə verilib.

Buna da bax: Xədicə İsmayıl tanınmış 100 qadın arasında

XATIRLATMA

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalistə CM-nin 125-ci maddəsilə bəraət verilsə də, o, vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Ali Məhkəmə 25 may 2016-cı il tarixli qərarı ilə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə də jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə azadlığa buraxılıb.

X.İsmayıl ittihamları rədd edir və korrupsiya araşdırmalarına görə cəzalandırıldığını bildirir.

X.İsmayıl BBC-2016-cı ildə dünyada tanınmış 100 qadın siyahısında yer alıb.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG