Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:47

“Heç olmasa, imkan versinlər, onu əməliyyat etdirək”


Taleh Xasməmmədov
Taleh Xasməmmədov

►Hüquq müdafiəçisinin anası: “Bu gün məhkəmədə Talehi görəndə, tanımadım."

Oktyabrın 13-də Şəki Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Taleh Xasməmmədov haqqında Göyçay Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bu barədə AzadlıqRadiosuna Taleh Xasməmmədovun anası Gülbuta Xasməmmədova məlumat verib. Məhkəmənin 10-15 dəqiqə çəkdiyini bildirən ana sözlərinə bunları da əlavə edib:

"Talehin vəziyyəti ağırdır. Belində yara var. Başağrısı səngimir. Həkimlər bir müddət öncə Talehlə görüşmüş, təcili əməliyyat edilməsinə ehtiyac olduğunu bildirmişdilər. Heç bir günahı olmadan oğlumu həbsdə saxlayırlar. Nə istəyirlər Talehdən? Yalançı şahidlərlə onu həbs ediblər. Belə şey olar? İndi oğlum xəstədir, heç olmasa, imkan versinlər onu əməliyyat etdirək? Bu gün məhkəmədə Talehi görəndə, tanımadım. Vəziyyəti çox ağırdır. Körpə uşaqlarını atasız qoyublar. Bir ailəni məhv ediblər. Hara gedək, kimə müraciət edək ki, haqq-ədalət yerini tapsın?".

Buna da bax: “Azəryolservis”in qarşısında aksiya

Bu il fevralın 24-də həbs edilən Taleh Xasmməmədov xuliqanlıqda suçlanıb. Onun özü həmin ittihamı rədd edir.

Hüquq müdafiəçisi daha öncə - 2011-ci ilin noyabrında da xuliqanlıq və polisə müqavimət ittihamları ilə həbs edilmiş və Göyçay Rayon Məhkəməsi onun haqqında 4 il azadlıqdan məhrumetmə cəzası çıxarmışdı.

Təxminən bir il sonra Taleh Xasməmmədov prezidentin əfv fərmanı ilə azad olunmuşdu. O vaxt beynəlxalq təşkilatlar Taleh Xasməmmədovu «vicdan məhbusu» saymışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG