Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 14:01

-

İndiyədək “Kempinski Hotel Badamdar” kimi tanınan otel avqustun 1-dən fəaliyyətini “Badamdar Hotel Baku” adı altında davam etdirməyə başlayıb. Otelin reklam lövhələrində bununla bağlı dəyişiklik edilib.

Oteldən Turan-a bildiriblər ki, “Kempinski” şirkəti ilə onların sahibkar şirkəti bununla bağlı razılığa gəliblər.

Razılaşmaya əsasən, tərəflər aralarındakı idarəçilik müqaviləsini iyulun 31-dən başa çatdırılıb.

“Kempinski Hotel Badamdar” 2011-ci ilin sentyabrında işə düşmüşdü. O Bakıda “Kempinski” beynəlxalq şəbəkəsinin ilk resort oteli idi.

Buna da bax: Turizm şirkətlərində ciddi ixtisarlar var

“Kempinski” şirkəti Azərbaycanla bağlı gələcək planları ilə bağlı hər hansı açıqlama verməyib.

Son zamanlar xeyli tanınmış xarici şirkət Azərbaycanı tərk edib.

Vergilər Nazirliyinin iki həftə əvvəl yaydığı bilgidə deyilirdi ki, Rusiyanın “AKTAVİS”, Böyük Britaniyanın “Bİ CEY SERVİSEZ KOMPANİ MİDL İST LİMİTED” və İsveçrənin “SCHERİNG-PLOUGH CENTRAL EAST AG” şirkətləri Azərbaycandakı nümayəndəliklərini ləğv ediblər

Bundan əvvəl Türkiyə-Küveyt birgə müəssisəsi “Turkapital Holding”, Sinqapurun “Petro Singapore Trading PTE Ltd.” və Belçikanın yeyinti məhsulları şirkəti “Puratos” Azərbaycanı tərk etmişdi.

Fransanın “Technip Maritime Overseas LTD” və İtaliyanın “Maccaferri Azerbaijan” MMC şirkətləri də Azərbaycanda fəaliyyətlərini dayandırıblar.

Müstəqil iqtisadçılar bunu ötən il ölkədə 2 devalvasiyanın baş verməsi və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG