Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:05

►Partiyadaşları X.Nəsirovu polisin saxlamasından şübhələnirlər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üzvü Xəqani Nəsirovdan, iki həftədir xəbər olmadığı bildirilir.

Bu haqda onun yaxınları danışıblar.

Onlar X.Nəsirov barəsində dəqiq məlumat almağın, hələ də, mümkün olmadığını deyiblər.

Yaxınların bildirməsinə görə, dəfələrlə polis idarələri, müvəqqəti saxlanma təcridxanaları ilə əlaqə saxlayıblar.

Onlara Xəqani Nəsirov adlı şəxs barədə, hər hansı məlumatın olmadığı bildirib

Gəncin yaxınları son ümid yeri kimi beynəlxalq təşkilatlara, səfirliklərə müraciət etməyi düşünürlər.

____________________________________________________________

Bunlara da bax:
Masallıda müəllimlər kütləvi işdən çıxarıla bilər
Azərbaycan hökumətinə 'yox' dedilər

____________________________________________________________

AXCP-nin Nəsimi rayon şöbəsinin üzvü olan Xəqani Nəsirovdan ötən ayın sonlarından xəbər yoxdu.

Partiyadaşları X.Nəsirovu polisin saxlamasından şübhələnirlər.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının hazırda 10-dan çox üzvü həbsdədir.Partiya onların günahsız yerə, siyasi sifarişlə həbs edildiyini deyir.

Hakimiyyət isə, ölkədə siyasi məhbusların olması fikrini qəbu etmir.

Buna da bax: A.Paşazadə: Ilk dəfə bir yerdə namaz qıldıq

Buna da bax: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında- 7 iyul

Gürcüstan hələ də beynəlxalq uçuşlar üçün daha sərfəlidir

Günün bütün mövzuları

XS
SM
MD
LG