Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:07

Bloqçu həbsdə qaldı


►"Polis onu hədələyib"

"Xalid Xanlarov sosial şəbəkələrdəki fəallığına görə təqib olunub. Onun həbsindən əvvəl Qəbələdə anasını polis şöbəsinə çağırıb, oğlunun fəallığına, "facebook"dakı "artıq-əskik yazılarına" görə xəbərdarlıq ediblər".

Bu barədə həbsdə olan bloqçu Xalid Xanlarovun vəkili Şəhla Hümbətova fevralın 3-də Bakı Apellyasiya Məhkəməsində çıxış edərkən dedi.

“GUYA SÖYÜŞ SÖYÜB”

Vəkil bildirdi ki, Binəqədi Rayon Məhkəməsində yanvarın 23-də heç bir araşdırma aparmadan, sadəcə, polisin tərtib etdiyi protokolu qərara köçürməklə 19 yaşlı Xalid Xanlarova 25 sutka inzibati həbs cəzası verilib:

"Guya, Xalid metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığındakı parkda telefonla uca səslə danışıb, söyüş söyüb. Bu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb, sənədlərini istəyib. Lakin o, sənədləri verməkdən imtina edib, polislərə müqavimət göstərib. Bu, qətiyyən həqiqətə uyğun deyil. Təəssüf ki, məhkəmə nə həmin polisləri, nə bu hadisəni gördüyü iddia olunan şahidi dindirib, nə də Xalidin həmin vaxt orada telefonla danışıb-danışmadığını müəyyənləşdirmək üçün mobil operator vasitəsilə bunu araşdırıb".

Bunlara da bax:

Müdafiəçinin sözlərinə görə, gənc fəalın həbsindən əvvəl Qəbələdə yaşayan anası Gülnar Xanlarova oğluna görə polis şöbəsinə çağrılıb:

"Rəis müavini Etibar Babayev ona deyib ki, "oğlunun artıq-əksik yazılarına görə Daxili İşlər Nazirliyində Fərid adlı şəxs onunla görüşəcək, ora getsin". Gülnar xanım da bunu oğluna deyib, ana-oğul aralarında bu barədə bir neçə dəfə telefon danışığı, "whatsapp" yazışmaları olub. Xalid həbs olunan gün 11.45-də sonuncu dəfə anası ilə danışıb deyib ki, “nazirliyə gəlmişəm”, bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Nazirlikdə Xalidlə "tərbiyəvi söhbət" aparılıb. Daha sonra onu Binəqədi rayonu, 4-cü polis bölməsinə, oradan da məhkəməyə aparıb, 25 sutka həbs cəzası veriblər".

“YA 25 SUTKA İLƏ RAZILAŞIRSAN...”

Şəhla Hümbətova əlavə etdi ki, polis bölməsində Xalid Xanlarovu hədələyib ondan etirafedici ifadə alıblar:

"Ona deyiblər ki, “ya 25 sutka ilə razılaşıb, etirafedici ifadə verirsən, ya da cinayət işi başlayıb, səni 6-7 il həbsxanaya göndərəcəyik...”"

Vəkil çıxışının sonunda Binəqədi Rayon Məhkəməsinin qərarının ləğv olunmasını istədi.

Məhkəmə iclasında iştirak edən Xalid Xanlarov özü də vəkilinin dediklərini təsdiqlədi.

Lakin hakim Qail Məmmədov apellyasiya şikayətini təmin etmədi və Binəqədi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanıldı. (Son)

Bunlara da bax:
XS
SM
MD
LG