Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:06

Ayətullah Khamenei nüvə sazişinə parlamentdə baxılmasını dəstəkləyir


İranın ali rəhbəri 6 dünya gücü ilə ilə əldə olunmuş nüvə razılaşmasının parlament səsverməsinə çıxarılmasına tərəfdar olduğunu bildirib

Cümə axşamı İranın ali rəhbəri ayətullah Khamenei 6 dünya gücü ilə ilə əldə olunmuş nüvə razılaşmasının parlament səsverməsinə çıxarılmasına tərəfdar olduğunu bildirib.

O həmçinin İran üzərindəki sanksiyaların tədricən deyil, birdən qaldırılmasına çağırıb.

Khamenei: Parlament nüvə sazişi məsələsindən kənarda saxlanmamalıdır

Qərblə nüvə sazişinin əldə olunması üçün böyük diplomatik səylər göstərən mötədil prezident Hassan Rouhani belə bir parlament müzakirəsinin əleyhinə idi və bildirirdi ki, səsvermə hüquqi öhdəliklər yaratmaqla sazişin icrasında maneələrə səbəb ola bilər.

İranın baş nüvə danışıqçısı Abbas Araqchi də İran qanunlarına görə bu sazişin parlament müzakirəsinə verilməsinin zəruri olmadığını bəyan etmişdi.

Lakin ölkədə yeganə söz sahibi olan ayətullah Khamenei deyib ki, “parlament nüvə sazişi məsələsindən kənarda saxlanmamalıdır”.

Khamenei: “Mən demirəm ki…”

“Mən demirəm ki, millət vəkilləri sazişi ratifikasiya, yoxsa rədd etməlidirlər. Bu onların gələcəyi qərardır – deyib ali rəhbər, - Mən prezidentə də demişəm ki, millət vəkillərimizə bu razılaşma barədə fikirlərini bildirmək imkanının verilməməsi bizim marağımızda deyil”.

Mən demirəm ki, millət vəkilləri sazişi ratifikasiya, yoxsa rədd etməlidirlər. Bu onların gələcəyi qərardır

İyulun 14-də İran və dünyanın 6 gücü – ABŞ, Rusiya, Almaniya, Fransa, Çin və Britaniya arasında böyük çətinliklərlə əldə olunmuş razılaşmaya görə Tehranın nüvə proqramının məhdudlaşdırılması müqabilində onun üzərindəki beynəlxalq sanksiyalar qaldırılmalıdır.

Khamenei Vyana razılaşmasını nə rədd, nə də qəbul etdiyi barədə açıqlama verməsə də, danışıqlardakı İran komandasının işini yüksdək qiymətləndirib.

Xəbər verilir ki, Khamenei-nin birbaşa tərəfdarlarının nəzarətində olan parlament komitəsi artıq sazişə baxılmasına başlayıb. Bundan sonra saziş parlamentin müzakirəsinə veriləcək.

İran parlamentinin spikeri Ali Larijani sazişi şəxsən bəyənir
İran parlamentinin spikeri Ali Larijani sazişi şəxsən bəyənir

Bununla belə, Rouhaninin hökuməti sazişi parlament səsverməsi üçün hazırlamayıb.

İran parlamentinin spikeri Ali Larijani Nyu Yorkda jurnalistlərə deyib ki, sazişin İran parlamentində ABŞ Konqresində olduğundan heç də daha az qızğın müzakirə olunacağını düşünmür.

ABŞ Konqresində respublikaçılar İranla sazişin əleyhinə vahid cəbhə ilə çıxış edirlər, lakin prezident Obama razılaşmanın əngəllənməsinə yol verməyəcək senator çoxluğunu artıq təmin edə bilib.

Səsvermə bir ay müddətində olacaq

Keçmişlərdə özü də İranın nüvə nümayəndə heyətlərinə başçılıq etmiş Larijani deyib ki, şəxsən o sazişə müsbət yanaşır, lakin Məclisdə bu sazişin müəyyən məqamlarından ciddi narazılıq var.

Spikerin sözlərinə görə, başlıca narahatlıq sazişin geri götürülməsi barədə şərtdir. Bu şərtə görə İran öz öhdəliklərinə əməl etmədiyi təqdirdə saziş qüvvəsini itirə bilər.

İran Məclisi
İran Məclisi

İran Məclisinin adının çəkilməsini istəməyən vəzifəli vəkillərindən biri Reuters agentliyinə bildirib ki, parlament komitəsi saziş barədə qərarı bir neçə həftəyə qəbul edəcək və bundan sonra, bir ay müddətində səsvermə olacaq.

Khamenei dövlət televiziyası ilə canlı müraciətində bildirib ki, indi əsas məsələ sanksiyaların ləğvidir. O deyib ki, İran nüvə fəaliyyətini yalnız sanksiyaların ləğvi ilə eyni vaxtda dayandıracaq.

Bu çıxışında İranın ali rəbəri bir daha təkrar edib ki, nüvə sazişi Tehranın Amerikanın Yaxın Şərq siyasətinə münasibətini dəyişməyəcək.

O gileylənib ki, “bizim rəsmilərimizlə nüvə məsələsindən başqa heç nəyi müzakirə etmirlər”.

Tehranın mesajı

Prezident Rouhani də İranın Qərblə daha geniş müzakirələrdə iştirakını arzu etdiyini bildirib.

Bizim rəsmilərimizlə nüvə məsələsindən başqa heç nəyi müzakirə etmirlər

Bir sıra təhlilçilər nüvə sazişinin İran parlamentinə çıxarılmasını Tehranın növbəti diplomatik oyunu kimi qiymətləndirirlər.

Parlament müzakirəsi məsələsinin məhz cümə axşamı ortaya gəlməsi təsadüfi sayıla bilməz. Çünki bundan bir neçə saat əvvəl prezident Obama-nın sazişi müdafiə etmək üçün kifayət sayda senator dəstəyi qazandığı xəbər verilib.

Təhlilçilər bu qənaətdədirlər ki, İran tərəfi nüvə sazişinin parlament müzakirəsinə verilməsi ilə ABŞ administrasiyasının arxayınlaşmaması üçün mesaj verir.

XS
SM
MD
LG