Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:03

Xalq üçün Canıyev kimdir - «oğru», «vor», yoxsa...


Rövşən Lənkəranski (Canıyev)

Rövşən Lənkəranski (Canıyev)

Hacıqabul sakini icra hakimiyyəti qarşısında özünü yandırıb

«Azadlıq» qəzeti yazır ki, Hacıqabulun Qızılburun kənd sakini, ikinci qrup 20 Yanvar əlili Yalçın Dəmirov rayon icra hakimiyyətinin qarşısında özünü yandırıb. Bu haqda qəzetə əlilin özü məlumat verib.

Buna da bax: "Əliyev məmurlarına ofşor şirkət yaratmağı öyrədib"

Deyib ki, onu bu addımı atmağa vadar edən səbəb mənzil problemi olub. «1995-ci ildən mənzil növbəsində olsa da, bu günə kimi onu evlə təmin etməyiblər. Aidiyyatı qurumlara şikayətinə isə baxan yoxdur. Yalçın Dəmirov hazırda 3 uşaqla küçələrdə qaldığını bildirir».

Buna da bax: Paşa Holdinq haqda bilmədikləriniz

Sabirabadda qarpız festivalı

«Azərbaycan» qəzeti Sabirabadda keçirilmiş qarpız festivalı haqda yazır ki, «Heydər Əliyev adına istirahət parkında keçirilən qarpız festivalı reallıqdan qaynaqlanan yeni bir ənənənin bünövrəsi kimi təqdirəlayiqdir».

Buna da bax: Prezidentin yağlı yeməklərlə bağlı dediklərinə TV-lərin reaksiyası

Sabirabadda qarpız festivalı

Sabirabadda qarpız festivalı

«Ulu öndərin adını daşıyan park bayram libasındadır. Maraqlı proqramlar bir-birini əvəz edir. Yerli pəhləvanlar başlarında qarpız sındırırlar. Bir qrup gənc daha çox qarpız yeməkdə bəhsləşir. Ən böyük qarpız yarışması da maraqla izlənir. Festival iştirakçılarının alqışları altında qarpız tortu kəsilir. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbirdə çıxış edərək mərasim iştirakçılarını təbrik etdi. O, respublika Prezidenti İlham Əliyevin xüsusi qayğı və diqqətinin məntiqi nəticəsi olaraq Sabirabadın sosial-iqtisadi inkişafı istiqamətində böyük uğurlar qazandığını minnətdarlıqla vurğuladı». İcra başçısı deyib ki, qarpız festivalı isə əslində rayon əhalisinin yaxşı dolanışığının, yüksək əhvali-ruhiyyəsinin parlaq nümayişidir: «Sabirabadın loqosuna çevrilmiş qarpız rayon əhalisinin gündən-günə yaxşılaşan dolanışığında mühüm rol oynayır. Rayonun torpaq istifadəçiləri bu il 4 min hektara yaxın sahədə qarpız əkib-becərmişlər. Keçən il rayonda 85 min tondan çox bostan məhsulları istehsal edilmişdir. Bu il də məhsul boldur. İndiyədək 80 min ton qarpız istehsal edilmişdir. Hələ bostanlarda məhsul çoxdur».

Xalq «oğru»nu, «vor»u, «bandit»i deyil, məhz Canıyevi sevir...

Buna da bax: Rövşən Lənkəransikini son mənzilə izdiham yola saldı [video]

«Yeni Müsavat» qəzetində dərc olunmuş məqalədə yazılır ki, bir başqasının hünərimizin çatmadığı şeyi rahatlıqla etdiyini görəndə bizdə ona qarşı gizli rəğbət formalaşır: «Mərhum Caniyev sevgisinin kökündə bir az da bu kimi məsələlər dayanır. Xalq "oğru"nu, "vor"u, "bandit"i deyil, məhz Canıyevi sevir, bu xüsusi sevgiyə özü üçün haqlı səbəbləri də var. Xalq "oğru"nu sevə bilməz, həm də buna görə ki, xalq yaxşı bilir ki, onların şiddətlə sevdiyi Canıyevi öldürən də başqa bir kütlə tərəfindən şiddətlə sevilən onun kimi bir "oğru"dur.

Buna da bax: Rövşən Lənkəranskinin ölümü niyə belə diqqət mərkəzindədir? [AzadlıqLive]

Qanun ali olmalıdır, məhkəmələr ədalətli işləməlidir... bu "malıdır, məlidir" tipli az qala utopik arzulardan nə qədər desən eləmək olar, amma reallıq budur ki, belə deyil - hələ ki belə deyil. Belə deyilsə... çarəsizlikdən (acından ölməyəsən deyə) donuz əti yemək belə icazəli olmurmu?»

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG