Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:05

‘Xalq diplomatiyası’ hökumətə niyə lazımdır?


8 noyabr, 2016. Bakıda Qarabağ konfransı

8 noyabr, 2016. Bakıda Qarabağ konfransı

Bakıda Qarabağ münaqişəsinin həlli yollarının müzakirəsinə həsr edilən konfransa əsasən Ermənistandan kənarda yaşayn erməni fəallar qoşulmuşdular.

Hökumətyönlü QHT Forumunun təşkil etdiyi bu konfrasa qatılan erməni fəallar noyabrın 9-da jurnalistlərlə görüşüblər.

Bir çox təhlilçilər belə bir qənaətə gəliblər ki,Azərbaycan hakimiyyəti yenidən “xalq diplomatiyasını” məqbul saymağa başlayıb.

Bir çoxları bunu da xatırlayırlar ki, Azərbaycanda zaman-zaman Ermənistana səfər etmiş jurnalistləri casusluqda ittiham ediblər və bu işlərdən bəzisi hələ də açıq qalır.

Konfliktoloq Əvəz Həsənov deyir ki, erməni hüquq müdafiəçilərinin Bakıya səfərinin Azərbaycanın müsbət piarına təsiri olacaq.

Konfliktoloq bildirir ki, son illər hökumət vətəndaş cəmiyyətini zəiflədib, amma indi bu vətəndaş cəmiyyətinin imkanlarından istifadə edib xalq diplomatiyasını inkişaf etdirmək istəyir.

Əvəz Həsənovun fikrincə xalq diplomatiyasını inkişaf etdirmək üçün güclü vətəndaş cəmiyyətinə ehtiyac var.

"Qarabağ Qaziləri" İctimai Birliyinin sədr müavini Firudin Məmmədov Bakıya gələn ermənilərin səmimiyyətinə inanmadığını bildirir.

Keçmiş Qarabağ döyüşçüsü iddia edir ki, həmin ermənilər casus da ola bilər. Onların Bakıya gəlməsinə və bəyanatlarına qiymət verən Firudin Məmmədov deyir ki, “bu səfər tək Azərbaycanın istəyi deyil, burda başqa məqsəd güdənlər də var...”

Firudin Məmmədov deyir ki, “onların bura gəlişi və bəyanatları Azərbaycan xalqının başının altına yastıq qoymaqdır”.

Qarabağ döyüşçüsünün sözlərinə görə, bu get-gəllərə son qoyulmalıdır, “Azərbaycan torpaqları işğaldan azad olunmayınca bura heç bir erməninin ayağı dəyməməlidir”.

Hüquq müdafiəçisi Bəşir Süleymanlı isə ermənilərin Bakıya gəlişindən piar kimi istifadə edən Azərbaycan tərəfinin addımına təəssüfləndiyini bildirir.

Hüquq müdafiəçisi deyir ki, Azərbaycanda QHT-lər, vətəndaş cəmiyyəti basqı altında olduğu bir dövrdə, onların problemləri öz həllini tapmamış Azərbaycana erməni QHT nümayəndəsinin, hüquq müdafiəçisinin dəvət olunması doğru addım deyil. Bəşir Süleymanlı bunu imitasiya adlandırır.

Milli Məclisin deputatı, Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü Elman Məmmədovun fikrincə Azərbaycan tərəfi ermənilərlə görüşə, get-gələ o vaxt rəvac verə bilər ki, işğalda olan torpaqları azad olunsun.

Deputat deyir ki, doğrudur,ermənilərin Bakı səfəri və etirafları Azərbaycan tərəfinin xeyrinədir, amma buna baxmayaraq Elman Məmmədov bu get-gəlləri intensivləşdirməyin tərəfdarı olmadığını qeyd edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG