Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:20

►Yeni direktor Heydər Əliyev Mərkəzində və xarici ölkələrdə keçirilən sərgi, festival və digər mədəniyyət tədbirlərinə təşkilatçılıq edib

Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin əmri ilə Şirin Yaşar qızı Məlikova Azərbaycan Xalça Muzeyinin direktoru təyin olunub.

Nazirliyin yaydığı xəbərə görə, martın 2-də yeni direktor muzeyin kollektivinə təqdim edilib.

Tədbirdə çıxış edən Əbülfəs Qarayev ölkə mədəniyyətinin daha geniş şəkildə tanıdılması və təbliği üçün muzeylərin yeni dünya standartları səviyyəsində qurulması istiqamətində görülən işlərdən danışdı.

Daha sonra Əbülfəs Qarayev muzeyə yeni təyin olunmuş direktor Şirin Məlikovanı kollektivə təqdim edib, ona gələcək işlərində uğurlar arzulayıb.

Şirin Yaşar qızı Məlikova Bakı şəhərində doğulub.

1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsini bitirib.

______________________________________________________________

Bunlara da bax

______________________________________________________________

1999-2001-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr təhsili alıb.

Mədəniyyət və İncəsənət Universitetində və Dövlət Rəssamlıq Akademiyasında müəllim işləyib.

2009-cu ildə “Qız qalası” Qalereyasında sənətşünas və layihə meneceri, 2011-ci ildən Heydər Əliyev Fondunda incəsənət üzrə ekspert vəzifəsində çalışıb. Eyni zamanda Heydər Əliyev Mərkəzində və xarici ölkələrdə keçirilən sərgi, festival və digər mədəniyyət tədbirlərinə təşkilatçılıq edib.

Azərbaycan rəssamlarına həsr olunmuş 10 kitabın və 40-a yaxın elmi məqalənin müəllifidir.

Ötən ilin ortalarında Dövlət Xalça Muzeyinin direktor müavini Asya Şirəliyeva muzeydəki neqativ hallarla bağlı açıqlamalar vermişdi. Muzey ətrafında yaranan qalmaqala reaksiya verən Mədəniyyət və Turizm Nazirliyi muzeyin baş mühasibini işdən çıxarmış, muzeyin direktoru Röya Tağıyevaya isə şiddətli töhmət vermişdi.

2016-cı il yanvarın 1-də Xalça Muzeyinin keçmiş direktoru Röya Tağıyeva ilə bağlanmış müqavilənin vaxtı bitdiyindən, həmin dövrdən direktor vəzifəsini muzeyin baş mühafizi Mira Məmmədxanlı icra edirdi.

Buna da bax...

Günün bütün mövzuları

XS
SM
MD
LG