Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:15

►Direktor Röya Tağıyeva sonuncu xəbərdarlıqla şiddətli töhmət aldı

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Xalça Muzeyi barədə məlumat yayıb.

Nazirliyin yaydığı xəbərdə deyilir ki, nazirlik muzeydə baş verən qanun pozuntuları barədə məlumatı araşdırıb:

“Araşdırmaların nəticəsi olaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 27 noyabr 2015-ci il tarixli, 547 nömrəli əmri ilə Muzeyin fəaliyyətində yol verdiyi nöqsanlara, kollektivdə normal iş ahənginin pozulmasına şərait yaratdığına, rəhbərlik etdiyi muzeydə əmək və icra intizamına ciddi əməl olunmasını təmin etmədiyinə görə Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Öz vəzifəsinə məsuliyyətsiz münasibət göstərdiyinə, maliyyə vəsaitlərinin xərclənməsində sənədləşməni qanunvericiliyə uyğun aparmadığına görə Azərbaycan Xalça Muzeyinin baş mühasibi Gülnaz Rüstəmova tutduğu vəzifədən azad edilib.

Buna da bax: Bu uşaqları tanıdınızmı? (İnfoqrafika)

Həmçinin, Azərbaycan Xalça Muzeyinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilib”.

Xatırladaq ki, Xalça Muzeyinin direktor müavini Asya Şirəliyeva muzeyin direktoru Röya Tağıyevaya qarşı bir sıra ittihamlar səsləndirmişdi. O, muzeydə mənimsəmələrin olduğunu və direktorun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini söyləmişdi.

Araşdırmalar elə bu üzdən başlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG