Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:45

«5 gündür evlərimiz suyun altında qalıb. Heç kim gəlib vəziyyətimizlə maraqlanmır».

Xaçmazın Qarğalıq kəndindən keçən Qaraçay çayı sentyabrın 2-də daşıb və yaxınlıqdakı yaşayış yerlərini su basıb. Sakinlərdən biri Elsevər Cəfərov AzadlıqRadiosunun «Qaynar xətt»inə düşdükləri durumu izah edir:

«İÇMƏYƏ BİR OVUC SU YOXDUR»

«Mal-qara, toyuq-cücə qalıb suyun altında... İçməyə bir ovuc su yoxdur. Nə Fövqəladə Hallar Nazirliyi, nə yerli icra hakimiyyəti vəziyyətimizlə maraqlanır».

Onun sözlərinə görə, hadisənin ertəsi günü Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çayın o biri üzündəki evlərə dolmuş suları xüsusi texnikayla çəkiblər. Çayın bu üzündəki evlərsə «yaddan çıxıb»: «Dedilər, «birtəhər dözün, sabah da gəlib bu evlərin suyunu çəkərik». O gedən getdilər. Sonra da bəhanə elədilər ki, şənbə-bazar qeyri-iş günləri olduğundan gələ bilmirlər. Bu gün də bazar ertəsidir. Günorta olub, hələ də gəlməyiblər. Zənglərimizə cavab verən yoxdur. Özümüz gedirik, traktor gətizdirmək üçün danışıqlar aparırıq, traktor sürən deyir, «palçığa batsam, özümü kim gəlib çıxaracaq?». Heç kim yaxın durmur».

Evlərə su dolub

Evlərə su dolub

«GEYİNMƏYƏ KÖYNƏK TAPMIRIQ»

Elsevər Cəfərov yenicə müalicədən çıxıb. Deməsinə görə, 5 gündür lehmə suyun içində qaldığından səhhəti ağırlaşıb: «Əynimizə geyinməyə bir dənə köynək də tapmırıq. Corablarımıza qədər hər şeyimizi sel aparıb. İcra hakimiyyəti arada maşınla su göndərdi, indi o da yoxdur. Bütün su motorları suyun altında qalıb deyə, içməli su vura bilmirik».

Ərazidə yaşayan Azər Səmədovsa bildirir ki, hətta su motorları işləsə də, artıq bu ərazidəki suları içmək mümkün deyil: «Kanalizasiya yoxdur, sel gəlib, nəcis quyuları su quyularına qarışıb burda... Yəqin ki, biz hələ uzun müddət su quyularından su götürə bilməyəcəyik».

QONŞU KƏNDLƏRLƏ ƏLAQƏ KƏSİLİB

Sakinlər Qarğalığı qonşu kəndlərlə birləşdirən körpünün də dağıldığını və bərpa olunmadığını söyləyirlər. Bu üzdən də kəndin bir neçə qonşu kəndlə əlaqəsi tamamilə kəsilib. Sakinlər deyir, həmin körpü onsuz da bərbad vəziyyətdə olub, əvvəllər onun yenilənməsindən ötrü yerli qurumlara müraciət ediblərmiş.

Buna da bax-Astarada Baxşıyevlər ailəsi açıq havada gecələyir

Xaçmaz rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, Qaraçay yaxınlığında selə məruz qalan evlərdən suların çəkilməsi ilə bağlı üç gündür ki, FHN ilə birgə yaradılmış qrup çalışır. Gün ərzində qurumun əməkdaşları qeyd olunan ünvana baş çəkəcəklər.

Sentyabrın 2-də Azərbaycanın şimalındakı yüksək dağlıq ərazilərə bir neçə saat yağan güclü yağışdan sonra Xaçmazın bir neçə kəndindən keçən Qaraçay daşıb. Təbii fəlakət nəticəsində kəndlərdə evlərin zirzəmilərinə, həyətyanı sahələrə su və lil dolub. Küçələrdə keçilməz su gölməçələri yaranıb, avtomobillərin və piyadaların hərəkəti çətinləşib. Ev quşları tələf olub, tərəvəz və bostan sahələrinə ziyan dəyib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG