Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:25

Neft ölkələri Vyanada hasilatın məhdudlaşdırılmasını müzakirə edir


Foto: arxiv

Foto: arxiv

Oktyabrın 29-da Vyanada Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələrinin yüksək səviyyəli komitəsinin iclası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, iclasın əsas məqsədi neft hasilatının məhdudlaşdırılmasını razılaşdırmaqdır.

Toplantı iştirakçıları OPEC ölkələri arasında bu ilin sentyabrında Əlcəzairdə imzalanmış sazişinin həyata keçirilməsinə dair qeyri-OPEC ölkələri ilə məsləhətləşmələr aparır.

Azərbaycanı iclasda energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

İclasa Azərbaycanla yanaşı, neft hasil edən qeyri-OPEC ölkələrindən Rusiya, Qazaxıstan, Bəhreyn, Boliviya, Braziliya, Bruney, Kanada, Misir, Kolumbiya, Norveç, Malayziya, Oman, Meksika, Trinidad və Tobaqo da dəvət edilib.

Bir gün əvvəl OPEC ölkələri hasilatın məhdudlaşdırılmasına dair toplantı keçirsələr də, bu iclasda yekdil qərar əldə edilməyib.

XS
SM
MD
LG