Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:03

Vyana konfransı: ‘Bəzi dövlətlər KİV-i nəzarətə götürmək istəyir’


Vyanada ATƏT-in himayəsilə keçirilən konfrans. Okt2016

Vyanada ATƏT-in himayəsilə keçirilən konfrans. Okt2016

Vyanada ATƏT-in himayəsilə “Münaqişələr zamanı jurnalistlərin təhlükəsizliyi, söz azadlığı və plüralizm” mövzusunda ikigünlük konfrans keçirilir.

“Turan” Agentliyinin xəbərinə görə, oktyabrın 27-də başlayan konfransda Avstriya Xarici İşlər Nazirliyinin İnsan Hüquqları Departamentinin rəhbəri Gerhard Doujakın deyib ki, son vaxtlar həlak olan jurnalistlərin 80 faizi öz fəaliyyətinə görə, məqsədli öldürülüb.

Buna da bax:​ Əli Həsənov mətbuat azadlığından danışdı

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç isə bildirib ki, hökumətlərin jurnalistlərə təzyiqlərini artırması müşahidə olunur:

“Son 20 ildə hökumətin jurnalistlərə təzyiqlərinin artması müşahidə olunur ki, bu da özünü əsasən böhranlı vəziyyətlərdə göstərir. BMT-nin jurnalistlərin müdafiəsi üzrə 222 saylı qətnaməsi isə yerinə yetirilmir”. O, əsas problem kimi dövlətin bu sahədə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmasını və ya imtina etməsini göstərib.

“Öhdəliklərin yerinə yetirilməsi vacibdir. Çünki bu, KİV-də əminlik yaradır ki, o, dövlət və beynəlxalq birlik tərəfindən müdafiə olunur”, - Miyatoviç vurğulayıb.

Buna da bax:​ Elçin Şıxlı: ‘’KİV haqqında qanun’dan daha heç nə qalmayıb’

KİV-in siyasi və iqtisadi müstəqilliyi

“KİV azadlığı təzyiqi altındadır”, - Almaniyanın ATƏT-dəki səfiri Eberhard Pol belə hesab edir. O qeyd edib ki, bəzi dövlətlərin KİV-i nəzarətə götürmək cəhdləri artır.

Almaniyalı səfirin fikrincə, jurnalistlərin ən yaxşı müdafiəsi işi KİV-in siyasi və iqtisadi müstəqilliyidir. Bu, söz azadlığı məsələsində beynəlxalq siyasətdə öndə olmalıdır.

Avropa Şurasının İnformasiya Departamentinin rəhbəri Patrik Penninks isə deyib ki, onun təmsil olunduğu quruma üzvü olan ölkələrin 50 faizində jurnalistlərin təhlükəsizliyinə zəmanət yoxdur. Vəziyyətin pis olduğu ölkələrdə isə durum daha da pisləşib. “Bütün beynəlxalq təşkilatların birlikdə bu problemi həll etməsinin vaxtı çatıb”, - o, zala müraciət edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG