Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:03

“Bank VTB (Azərbaycan)” Azərbaycan İpoteka Fondu xətti ilə ipoteka krediti verməyi planlaşdırır.

“Turan” Agentliyinin xəbərinə görə, bunu bankın İdarə Heyətinin prezidentinin müavini, “VTB Bank (Azerbaijan)”ın Müşahidə Şurasının sədri Mixail Oseyevski bəyan edib.

O deyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılığa əsasən, 2017-ci ilin sonuna kimi əlavə səhm emissiyası buraxılacaq.

Buna da bax:​ Bank VTB ittihama cavab verdi

“2016-cı ilin yayında 110 mln manat məbləğində kapitala əlavə vəsait yatırdıq”, - deyə M.Oseyevski Bakıda brifinqdə bildirib.

O deyib ki, “VTB Bank (Azerbaijan)” 2018-ci ildə mənfəətə çıxmaq niyyətindədir.

“İndi bankın strategiyasının əsas məqsədi Rusiyanın törəmə strukturlarımızın olduğu ölkələrlə ticarət dövriyyəsinə dəstək verməkdən ibarətdir” deyə o bildirib.

VTB Bank (Azerbaijan)ın səhmlərinin 51 faizi Bank VTB-yə (Rusiya tərəfi), 48,99 faizi AtaHolding-ə, 0,01 faizi isə fiziki şəxsə məxsusdur.

Buna da bax: ​İpotekasız yarım il

Azərbaycanda yarım ildir ki, ipoteka kreditlərinin verilməsi dayandırılıb.

Ötən yarım ildə kimsə mənzildən ötrü kredit almayıb. Apreldə cəmi 2 kredit verilib.

Azərbaycan İpoteka Fondu (AİF) isə ümumilikdə indiyədək 730 mln. 802.42 min manat məbləğində 17 min 997 ipoteka krediti verib.

AİF vasitəsilə kreditlər 2006-cı ildən verilir. Sosial ipoteka (50 min manat, 4 faizlə) 2007-ci ilin II yarısından verilmir. İndi də kommersiya kreditləri də (8 faiz) dayandırılıb.

Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG