Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:12

Rusiyalı rəssam: 'Rusiya hakimiyyətində artıq bizim quyumuzu qazıblar'


Dissident rəssam Oleg Vorotnikov
Dissident rəssam Oleg Vorotnikov

Karyerasını hökumətin işlərinə qarışmaqla, onu tənqid etməklə qurmuş rusiyalı rəssam Oleq Vorotnikov Avropada sığınacaq axtarır. O doğma vətəninə qayıdacağı təqdirdə həbs ediləcəyindən qorxur. Amma buna rəğmən rəssam indi Putini dəstəklədiyini deyir.

“Voyna” (Müharibə) küçə sənəti kollektivinin təsisçilərindən olan Oleq Vorotnikov sentyabrın 18-də Praqada saxlanıb. Saxlanılan zaman onun sənədləri düzgün olmayıb. Daha sonra Çexiya hüquq-mühafizə orqanları Moskvanın onu xuliqanlıqda ittiham etdiyini və ekstradisiya olunmasını istədiyini görərək həbs ediblər.

Buna da bax:​ Rəssam Pavlensky həbsdən azad olunub

Həbsindən üç gün sonra o azad edilib, ancaq bir şərtlə - Praqanı tərk etməyəcək. Hələlik onun ekstradisiyası ilə bağlı məsələlər həll edilməyib. Vorotnikovun vəkili Radim Kozub çex hökumətinin onu təhvil vermək niyyətinin olmadığını deyir. Amma bununla belə, vəkil rəssamın Avropadan sığınacaq istəmək niyyətinin olduğunu da bildirir.

“Voyna” Sankt-Peterburqda Federal Təhlükəsizlik Xidməti baş qərargahı qarşısında açılan körpü üzərində nəhəng kişi orqanı çəkdiyinə və Putinin iqtidarda olan partiyasının gənclər qanadını ələ salmaq məqsədilə atdığı bəzi addımlarla məşhurdur.

Vorotnikov Rusiyanı 2011-ci ildə tərk edib. O və həyat, eləcə də sənət yoldaşı Natalya Sokol Sankt-Peterburqda müxalifətin yürüşündə iştirak etdiklərinə görə saxlanılmışdılar. Rəssamın sözlərinə görə, həmin aksiyadan sonra “ədalətsiz olaraq” xuliqanlıqda ittiham edilib.

Buna da bax:​ Rusiyada Taras Shevchenko-nun ev muzeyi sökülüb

Vorotnikov Avropada sığınacaq axtardığı bir vaxtda qəribə bir hadisə baş verir, üsyankar küçə rəssamının daxilində xarakterinə uyğun gəlməyən dəyişiklik baş verir. O milli lider kimi prezident Putini dəstəklədiyini, 2014-cü ildə Rusiyanın Krımı zəbt etməsinə haqq verdiyini açıqlayır.

Currenttime TV-yə müsahibəsində o baxışlarının 2011-ci ilin sonu, 2012-ci ilin əvvələrində Rusiyanın böyük şəhərlərində anti-Kreml etiraz dalğası başladığı zaman dəyişdiyini söyləyib. Bu ovaxtkı baş nazir Putinin Kremlə qayıtmaq üçün kampaniya apardığı dövr idi.

Vorotnikov “2012-ci ildə küçədən siyasətə girmək üçün liberal intellegensiyanın bacarıqsız cəhdlərindən sonra” bəzi baxışlarına yenidən baxdığını bildirir. “Mən gördüm ki, bu adamları siyasətə yaxın buraxmaq olmaz”, - rəssam fikrini bu cür tamamlayır.

O Rusiya hakimiyyətini etiraz hərəkatını “incə və ehtiyatla” dağıtdığına görə tərifləyib. Vladimir Putinin Dövlət Dumasına spiker kimi irəli çəkdiyi Vyaçeslav Volodini “fövqəladə dərəcədə ağıllı” hesab edir.

Buna da bax:​ FTX-yə meydan oxuyan rəssam

Vorotnikov özünün və arvadının Avropanı tərk edərək Rusiyaya qayıtmaq istədiyini də deyib. Amma onlarıln yolunu kəsən “axtarışda olmaları və qayıdacaqları təqdirdə üç uşaqla başlarına nə gələcəyini bilməmələridir”.

“Biz qayıtmaq istərdik amma bilmirik bunu necə edək. Rusiya hakimiyyətində artıq bizim quyumuzu qazıblar. Biz Praqada ona görə qalırıq ki, burada yaşamağa yerimiz var, amma mən özümü burada görmürəm”, - Vorotnikov belə deyib.

Çexiyanın ədliyyə naziri Robert Pelikan sentyabrın 22-də bildirib ki, o hələ Vorotnikovun işi haqqında olan materialları oxumayıb, amma onun Rusiyaya ekstradisiya olunmasını təqdir etmir. Rusiyanın TASS İA-nın məlumatına görə, nazır Vorotnikovu təhvil vermək üçn onunla bağlı dosyedən “çətin ki bir şey tapım” söyləyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG