Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:43

Prezident İlham Əliyev “Voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” sərəncam imzalayıb.

Sənədə görə, voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin layiqincə keçirilməsini təmin etməli olan təşkilat komitəsinə baş nazirin birinci müavini Yaqub Eyyubov rəhbərlik edəcək.

Buna da bax:​ Voleybol üzrə Azərbaycan millisi finalda

Komitədə həmçinin nazirlər, komitə sədrləri, icra hakimiyyəti başçıları və digər rəsmilər təmsil olunacaq.

Avropa Voleybol Konfederasiyası bu ilin sentyabrında 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin bəzi oyunlarının Azərbaycanda keçirilməsinə qərar verib.

Buna da bax: MOK: 'Avropa Oyunları Festivalı az məbləğə başa gələcək'

Bakıda həmin yarışların 3 qrup oyunu, play-off mərhələsi və final oyunu keçiriləcək.

Yarışlar gələn il sentyabrın 19-dan oktyabrın 1-ə kimi davam etməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG