Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:30

100 milyondan artıq «VKontakte» hesabı oğurlanıb


Belarus — Vkontakte (vk.com) interface
Belarus — Vkontakte (vk.com) interface

-

Rusiyanın populyar sosial şəbəkəsi «Vkontakte»yə haker hücumu nəticəsində 100 milyondan artıq hesabın bilgiləri ələ keçirilib.

Kiberhücumu «Liked Source» aşkara çıxarıb.

İstifadəçilərin ad və soyadları, yaşayış yerləri, e-mail adresləri, telefon nömrələri oğurlanan bilgilər arasındadır.

Bilgiləri qaranlıq veb-marketdə (deepweb)- «The Real Deal»də «Tessa88» adlı istifadəçi satıb.

Sözügedən bilgilərin 2012-2013-cü illərdə - sosial şəbəkənin təhlükəsizlik imkanlarının yetərsiz olduğu dövrdə oğurlandığı düşünülür.

Kiberhücum parollarla bağlı maraqlı statistika da üzə çıxarıb. Ələ keçirilən 700 mindən artıq hesabın şifrəsi «123456» olub. Ən çox işlədilən şifrələr arasında «123456789» , «111111», «000000» da var.

Ekspertlər belə bəsit parollardan yararlanmamağı, sosial şəbəkənin bütün təhlükəsizlik imkanlarından faydalanmağı məsləhət görürlər.

XS
SM
MD
LG