Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:54

Prezidentin göstərişi ilə sökülən villaların əks-sədası


►Dövlət torpaqlarının satılmasına niyə göz yumulub?

"Dövlət Ehtiyat Fonduna daxil olan torpaqlar qanunsuz satılırdısa, o zaman Əmlak Məsələləri üzrə Dövlət Komitəsi niyə indiyə qədər susurdu?"

Bakı Ağır Cinayətlər Məhkəməsində vəkil İlhamə Həsənova bu sualla Komitənin nümayəndəsi Qəhrəman Əliyevə müraciət edib.

Söhbət ötən ilin mayında prezident İlham Əliyevin göstərişindən sonra Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun çal-çağırla sökdürdüyü villalar tikilən torpaqların satışı ilə bağlı məhkəmə prosesindən gedir.

AKT BƏLƏDİYYƏYƏ VERİLİRMİ?

Bu iş üzrə üç nəfər məhkəmə qarşısına çıxarılıb. Onlar 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Famil Quliyev, Səbail rayonu, Bibiheybət bələdiyyəsinin baş memarı Etibar Məmmədov və Tərlan Hüseynovdur.

Mayın 7-də keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. Tərlan Hüseynov ümumiyyətlə, ittihamı qəbul etməyib, digərləri isə özlərini qismən təqsirli bildiklərini deyiblər.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi isə iş üzrə zərərçəkmiş qismində tanınıb. Komitənin nümayəndəsi Qəhrəman Əliyev ifadəsində deyib ki, Dostluq parkının ərazisi (Şıx çimərliyinin yaxınlığı-red.) Dövlət Ehtiyat Fonduna daxil olan torpaqdır.

Təqsirləndirilən şəxslərə qarşı hər hansı tələbinin olmadığını deyən Qəhrəman Əliyev bildirib ki, hər bir bələdiyyəyə ayrılan torpaqla bağlı akt həmin bələdiyyəyə verilir.

Tərlan Hüseynovun vəkili İlhamə Həsənova isə deyir ki, həmin akt nəzərdə tutulsa da, heç bir bələdiyyəyə verilmir.

____________________________________________________________

Bunlara da bax:
Əliyevlər devalvasiyadan milyonlar qazandılar (Araşdırma)
A.Merkel: “Ümid edirəm, alman fondları yenə Azərbaycanda işləyəcək”

____________________________________________________________

MƏHKƏMƏYƏ MÜRACİƏT EDİLİB

Vəkil həmçinin parkın ərazisinin satılmasına dövlət komitəsinin susqun yanaşmasının səbəbini soruşub.

"Həmin ərazilərin satılmasının qanunsuz hesab olunması ilə bağlı məhkəməyə müraciət edilib", - deyə Qəhrəman Əliyev suala cavab verib.

Məhkəmə prosesi iyunun 23-də davam edəcək.

Xatırladaq ki, İlham Əliyev müşavirədə Dostluq parkındakı villalar barədə belə demişdi:

"Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən vaxtilə Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış "Dostluq" parkının bir hissəsinin yenə də zəbt edildiyini gördüm. Dostluq parkında ağacları qırırlar, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, “gedin, aydınlaşdırın”. Bütün tikilən villalar qanunsuzdur. Dedim ki, “gedin, o villaları dağıdın, qoy onları tikənlər üçün dərs olsun”. İndi o gün gəlirəm, görürəm ki, yenə də düz "Dostluq" parkının yanında, yamacda villalar tikilir. Dedim ki, “gedin öyrənin ki, bu villaları kimlər tikir”. Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq, heç kim çıxmadı. Dedim ki, “bu villalar heç kimə məxsus deyilsə, o villaları söküb dağıdın, başqalarına da dərs olsun”. Gedib qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Elə istinad divarları tikilib ki, bəlkə də bir neçə milyon manat təkcə o istinad divarlarının tikintisinə sərf olunub. Bu qədər özbaşınalıq olmaz!"

Hacıbala Abutalıbov bildirmişdi ki, sökülən villaların yerində 10 min ədəddən çox ağac əkiləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG