Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:13

"Əvvəla, mən Azərbaycan haqqında heç nə bilmirəm...”


Formula 1 çempionu Sebastian Vettel

Formula 1 çempionu Sebastian Vettel

Amerikalı jurnalist Carter Woodiel yazır ki, Avropa Oyunlarına 1 milyard dollardan çox pul xərcləyən ölkə beynəlxalq cazibə qazanmayıb

"Əvvəla, mən Azərbaycan haqqında heç nə bilmirəm, - deyib dörd dəfə Formula 1 çempionu Sebastian Vettel, - Yəni bilirəm ki, bu ölkə haradadır. Xəzər dənizinin yanındadır. Vəssəlam, elə bu qədər…”

Amerikalı jurnalist Carter Woodiel isə kmtv.com saytında almaniyalı Vettel-ə xitabən yazır ki, “sən Azərbaycanı, ən yaxşı halda Avropa ilə Asiyanın qovşağı kimi tanınan ölkəni tanımaya da bilərsən. Amma hökumət bu vəziyyəti daha çox sayda böyük idman tədbirləri keçirməklə dəyişmək istəyir”.

Məqalədə deyilir ki, Azərbaycan 2015-ci ildə Birinci Avropa Oyunlarını keçirib və bu tədbirə 1 milyard dollardan artıq pul xərcləsə də, ölkə beynəlxalq cazibə əldə etməyib.

Azərbaycanın tanınmaq istəməsi o demək deyildir ki, o, sənin onun haqqında hər şeyi bilməyini istəyir

Azərbaycan idman reklamı sahəsinə də girişib. Atletico Madrid İspaniya liqasında 2014-cü ilin çempionluğunu formalarındakı “Azərbaycan” sözü ilə qazanıb.

“Lakin Azərbaycanın tanınmaq istəməsi o demək deyildir ki, o, sənin onun haqqında hər şeyi bilməyini istəyir” – yazır jurnalist.

Amnesty International “The Guardian” qəzetinə deyib ki, “Azərbaycanda çox da müstəqil səs qalmayıb”.

“Azərbaycan hakim elitaya qarşı səsini ucaldan jurnalistlərin və başqalarının üzərinə hücumlar etdiyi üçün tənqid olunur. Sərhədsiz Müxbirlərin mətbuat azadlığı indeksində ölkə son onluğa daxildir, – yazır Carter Woodiel, - Lakin Azərbaycanda keçirilən tədbirlərin təşkilatçıları əsas etibarilə bütün bunlar barədə susmağa üstünlük verir, idmanla siyasəti qarışdırmadıqlarını bildirirlər”.

Woodiel yazır ki, Azərbaycan tək deyil. Getdikcə daha çox beynəlxalq tədbirlər əsl demokratiya sayılmayan ölkələrdə keçirilir.

Daha çox ona görə ki, onların bahalı tədbirləri keçirməyə pulları var.

Günün bütün mövzuları

XS
SM
MD
LG