Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:18

-

“Azərenerji”nin 800 milyon manat borcu var.

Bu məlumat Hesablama Palatasının ötən ildə dövlət büdcəsinin necə icra olunmasına dair rəyində əksini tapıb.

Əslində, yeni xəbər deyil, çünki "Azərenerji" iri vergi ödəyicisi olsa da, həmişə borcu qalıb və bu borc ya silinib, ya da əvəzləşdirilib. Məsələn, 2011-ci ildə səhmdar cəmiyyətin büdcəyə 230 milyon manata yaxın borcu silinib. Bir il sonra büdcəyə 140,4 milyon manat ödəyən “Azərenerji” əvəzində büdcədən 141,7 milyon manat da subsidiya alıb.

Ekspertlərin fikrincə, podratçı təşkilatlar həmişə qeyri-şəffaf seçilib və hər dəfə "Dövlət satınalmaları haqqında" qanunun tələbləri pozulub. Üstəlik, bu problemlər təkcə "Azərenerji"də yaşanmır, kommunal xidmət göstərən bütün dövlət qurumları eyni gündədir.

Problemləri çözməyin tək yolu – bu sektorda şəffaflığı təmin etmək və kommunal xidmət göstərən dövlət müəssisələrinin konsessiya müqaviləsi əsasında özəl sektorun idarəçiliynə verilməsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG