Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:17

«Azərbaycanda 8000-ə qədər vərəm xəstəsi qeydiyyatdadır. Onlardan 4000-dən bir qədər artığı yeni xəstədir».

APA-nın xəbərinə görə, bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova deyib.

Direktor müavini qeyd edib ki, son 5 ildə ölkədə vərəm xəstəliyinin dinamikasında müsbət dəyişikliklər qeydə alınıb: «2010-cu ildə 100 min nəfərə 53.5 xəstələnmə var idisə, 2015-ci ildə bu, 100 min nəfərə 41.3-dək azalıb».

İ.Axundova qeyd edib ki, son illər ölkədə vərəmdən ölüm halları da azalır.
Ancaq müstəqil ekspertlər ölkədə daha çox vərəm xəstəsinin olduğunu düşünürlər. Ekspertlərin deməsinə görə, bəzi vərəm xəstələr qeydiyyata düşmür, ev şəraitində müalicə olunurlar.

Buna da bax - Məhbusun ölüm hökmü - vərəm

Günün bütün mövzuları

XS
SM
MD
LG