Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:10

Velosiped zavodunda hələlik CV-lər qəbul olunur


İlham Əliyev "İSMA BİKES"ın açılışında 10avq2016

İlham Əliyev "İSMA BİKES"ın açılışında 10avq2016

İsmayıllıdakı “İSMA BİKES” velosiped istehsalı zavodundan xəbər var. Zavodun 2017-ci ilin birinci rübündə tam olaraq fəaliyyətə başlayacağı bildirilir.

Bu haqda modern.az-a zavodun baş direktor vəzifəsini müvəqqəti icra edən Elnur Əliyev məlumat verib. O qeyd edib ki, hazırda bir neçə işçi xaricdə təşkil edilən kurslara cəlb olunub.

“Biz hesab edirik ki, işi mükəmməl bilmək üçün xaricdə kurs keçməkdənsə, Azərbaycanda kurslar təşkil edilməsi daha məqsədəuyğundur. Ona görə də, xaricdən dəvət olunan şəxslər proqram şəklində burda kurs keçəcəklər. İşçilər kurs müddətində həm də işləyib əmək haqqı alacaqlar”, o, deyib.

Buna da bax:​ İsmayıllı velosipedi Azərbaycan iqtisadiyyatına nə verəcək?

Zavodun hazırkı durumuna gəlincə, E.Əliyev bildirib ki, müəssisə qismən işləyir.

“Hazırda 15 işçimiz var. Onlar qrafikə uyğun olaraq həftə ərzində işə gəlirlər. İşə cəlb olunanlar əməkhaqqı alırlar. Yeni şəxslərdən də cv-lər qəbul olunur, danışıqlar aparılır. Hamılıqla proqramın təsdiq olunmasını gözləyirik”.

Tikintisinə 2014-cü ildə başlanan İsmayıllı Velosiped Zavodu bu il avqust ayından fəaliyyətə başlayıb.

Buna da bax: ​İsmayıllı velosipedləri bazara çıxır

Zavodun açılışını prezident İlham Əliyev edib.

“İsma Bikes”in Bolqarıstanla birgə istehsal edildiyi bildirilir. Zavodun açılışı zamanı, ilə 30 min velosiped istehsal ediləcəyi bildirilmişdi.

8 hektar ərazidə inşa edilmiş zavodun tikintisinə və avadanlıqların quraşdırılmasına 7 milyon manat yatırıldığı bildirilir. İlkin mərhələdə 5 çeşiddə velosiped istehsal olacağı deyilirdi. Gələcəkdə velosipedlərin çeşidlərinin artacağı gözlənilirdi.

Ancaq, açılışdan sonra bəzi saytlar zavodda işlərin dayanması ilə bağlı məlumatlar yaymışdılar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG