Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:10

Həbsdə olan keçmiş nazirin qardaşının tutulduğu deyilir


Vəli Ələsgərov

Vəli Ələsgərov

Hazırda həbsdə olan Naxçıvan Muxtar Respublikası keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun böyük qardaşı Əli Ələsgərovun oktyabrın 12-də saxlandığı bildirilir.

Bu barədə «Turan» agentliyinin muxtar respublikadakı müxbiri xəbər verir. Xəbərdə qeyd edilir ki, Ə.Ələsgərov vergidən yayınmada ittiham olunur.

Ancaq Naxçıvan Muxtar Respublikası hüquq-mühafizə orqanları bu məlumatı nə təkzib, nə də təsdiq ediblər.

Əli Ələsgərov da keçmiş nazir qardaşı kimi, muxtar respublikadakı müxalifətçilər, jurnalistlər və hüquq müdafiəçiləri ilə daim münaqişədə olub.

Naxçıvan Ağır Cinayətlər üzrə Hərbi Məhkəməsi bu ilin iyununda Vəli Ələsgərova 14 il həbs cəzası verib.

V.Ələsgərov 15 il ərzində Naxçıvan MTN-ə rəhbərlik edib. O, 2015-ci ilin dekabrında bu işini itirib. Naxçıvanda bu nazirliyin əsasında yaradılan yeni quruma o, rəhbər təyin edilməyib. 2016-cı ilin fevralında barəsində həbs-qətimkan tədbiri seçilib. Ona qarşı mənimsəmə, sui-istifadə və səlahiyyətlərini aşma ittihamı ilə cinayət işi açılıb.

Ancaq martın 29-da həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. V.Ələsgərov evə buraxılan kimi mətbuata təqsirsiz olduğunu və həbs zamanı işgəncələrə məruz qaldığını bildirib.

Ancaq rəsmi qurumlar onun işgəncələrlə bağlı şikayətlərini təkzib ediblər. Şikayətlər araşdırılmayıb.

Təqribən 40 gün sonra- mayın 7-də V.Ələsgərov barəsində yenidən həbs-qətimkan tədbiri seçilib

İbtidai istintaqın yekunda ona qarşı əlavə qanunsuz dinləmə ittihamı irəli sürülüb. Məhkəmə prosesi qapalı keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG