Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:26

Keçmiş milli təhlükəsizlik naziri məhkəmədə: Yuxarı yanlış məlumat ötürülüb


Vəli Ələsgərov, 2014
Vəli Ələsgərov, 2014

►Bəraət istədi

Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Naxçıvan Apellyasiya Məhkəməsi keçmiş nazirin şikayətini təmin etməyib.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Vüqar Xasayev məlumat verib.

“Naxçıvanın keçmiş MTN naziri bildirdi ki...”

Apellyasiya Məhkəməsi Vəli Ələsgərovun bəraət xahişini rədd edib

Vəkil deyir ki, Vəli Ələsgərova ittihamların əsassızlığını təsdiqləyən yetərincə sübut ortaya qoysalar da, məhkəmə onları nəzərə almayıb.

Müdafiəçinin sözlərinə görə, Vəli Ələsgərovun özü də məhkəmədəki çıxışında bəraət istəyib:

"Bildirdi ki, ona elan olunmuş ittihamlar da, barəsində çıxarılan hökm də əsassızdır. Sadəcə, müəyyən qüvvələr yuxarı dairələrə yanlış məlumatlar ötürməklə, onun həbsinə və barəsində əsassız hökmün çıxarılmasına nail olublar".

Vüqar Xasayev əlavə edib ki, apellyasiya məhkəməsinin qərarını alandan sonra Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.

Buna da bax: Sabiq nazirə qanunsuz dinləmə ittihamı

Vəli Ələsgərov 15 il Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edib. O, ötən ilin dekabrında vəzifədən çıxarılıb, bu ilin martındasa həbs olunub. Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilən Vəli Ələsgərov Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilib.

Keçmiş nazirin 50-dən çox qohumunun işdən çıxarıldığı, əmlaklarının əllərindən alındığı bildirilir. Vəkillərin dediyinə görə, sabiq nazir istintaq prosesində fiziki işgəncələrə və təhqirə məruz qalıb.

Azərbaycan və Naxçıvan Muxtar Respublikası hüquq-mühafizə orqanları işgəncə iddialarını yalanlayırlar.

Vəli Ələsgərovun özünün də nazir çalışarkən, işgəncələrlə bağlı göstəriş verdiyi iddia olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG