Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:38

Fazil Mustafa: "Vəkilliyi bu qədər məhdudlaşdırmaq yanlışdır"


Şerif. Karikatura
Şerif. Karikatura

►Vəkilliyə yeni məhdudiyyətlər gəlir

Martın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsi vəkillik fəaliyyəti ilə məşğul olanlara məhdudiyyətləri artıracaq.

Fevralın 15-də açıqlanan yeni məcəllə vəkil adından qanunsuz istifadəyə görə məsuliyyət nəzərdə tutur.

Məcəllənin 399-cu maddəsinə görə, o şəxslər vəkillik fəaliyyəti ilə məşğul ola bilərlər ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununda nəzərdə tutulan qaydada status əldə etmiş olsunlar.

“Dövlət şərait yaratmalıdır, şəxslərin nəyi seçəcəyinə qarışmamalıdır”

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, indiki halda kollegiyanın üzvü olmayanların, yaxud hüquqşünas təhsili olmayanların vəkalətnamə ilə kimisə təmsil etməsini hüquq pozuntusu kimi qiymətləndirmək kifayət qədər məhdudlaşdırıcı yanaşmadır.

Dövlətin insanların müdafiə imkanlarına ciddi müdaxiləsidir:

“Demokratik cəmiyyətlərdə peşəkar hüquq institutları kimi Vəkillər Kollegiyaları, ya da vəkilləri birləşdirən başqa strukturlar fəaliyyət göstərsə də, insan hüquqları sahəsində ayrı-ayrılıqda da hüquqi müdafiə təşkil etmək imkanları açıq qalır. Buna imkan verilir. Bizdə isə birincisi, “Vəkillik Fəaliyyəti haqqında” qanunda da bununla bağlı xeyli məhdudiyyət gətirdilər. Faktiki olaraq, hüquqşünas təhsili almış, hətta universitetdə hüquq öyrədən adamın belə kimisə müdafiə etməsinə maneəyə gətirib çıxarır. Bu, doğru yanaşma deyil. Bir adamın hüquqşünas təhsili varsa, Vəkillər Kollegiyasında birləşməsə də, peşəkar hüquq fəaliyyəti ilə məşğuldursa, onun başqasını müdafiə etməsində problem olmamalıdır. Dövlət şərait yaratmalıdır, şəxslərin nəyi seçəcəyinə qarışmamalıdır”.

Xalid Bağırov
Xalid Bağırov

Ələsgər Məmmədli deyir ki, 20 min insana bir vəkil düşən ölkədə belə məhdudlaşdırma durumu daha da çətinləşdirəcək.

“Order təqdim etməmisənsə...”

Uzun illər vəkil kimi çalışımış, bir müddət əvvəl vəkillik fəaliyyəti ləğv edilmiş Xalid Bağırov oxşar məhdudiyyətlərin əvvəllər də olduğunu, sadəcə, indi cərimələrin artırıldığını söyləyir:

“Məntiqlə heç kəs özünü vəkil kimi təqdim edə bilməz. Çünki bu halda order təqdim etməlisən. Ordersiz səni heç kim vəkil kimi qəbul eləmir. Bu, hansı şəkildə olacaq, kim məsuliyyətə cəlb edəcək, aydın deyil. Təklif etdikləri çox qeyri- müəyyən inzibati xətalar var. Həm də bu, yeni norma deyil. Əvvəl də bu norma olub. İndi isə cəzanın artırılmasından söhbət gedir. Adətən, hər hansı inzibati xətaya görə cərimə, cəzalar o vaxt ağırlaşdırılır ki, o hüquq pozuntuları cəmiyyətdə artır. Bunun önəmi yoxdur. Əgər indiyə qədər cəmiyyətdə, bir nəfər də məsuliyyətə cəlb olunmayıbsa, bunun cəriməsinin artırmasının mənası nədir?”

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

“Bəraətlərin bir faizi keçməməsi də bununla bağlıdır”

Fazil Mustafa
Fazil Mustafa

Milli Məclisin insan haqları komitəsinin üzvü, deputat Fazil Mustafanın fikrincə, vəkillik fəaliyyətini məhdudlaşdırmaq cəmiyyətə ziyan gətirəcək:

“Vəkillik fəaliyyətini bu qədər məhdudlaşdırmaq yanlışdır. Çünki insanlar müəyyən dərəcədə müstəqil müdafiə olunmaq hüququna sahibdirlər. Ancaq çox təəssüf ki, bizdə proseslər hələ arzuolunan səviyyədə tənzimlənmir. Bütün hallarda çalışmaq lazımdır ki, bu, hüquqların çox pozulmasına gətirib çıxarmasın. Bununla bağlı məclisdə də öz fikirlərimizi səsləndirəcəyik. Əksinə, vəkilliyin səlahiyyətini genişləndirmək lazımdır ki, məhkəmədə çəkişmə prinsipi daha çox aktual olsun. İnsanlar bu prinsipə əsasən müəyyən dərəcədə öz hüquqlarını qorumaq imkanı əldə eləsinlər. Bizdə bəraət hökmləri bir faizi aşmır. Bu özü də müəyyən dərəcədə həmin problemdən doğan məsələdir”.

Vəkillər Kollegiyasının sədri Azər Tağıyevdən məsələyə münasibət almaq mümkün olmadı. Hər dəfə telefon zənglərimizə cavabında danışmaq üçün vaxtının məhdud olduğunu bildirdi.

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna görə yalnız Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunan qaydada qəbul edilən və vəkil andı içmiş şəxslər bu fəaliyyəti həyata keçirə bilərlər.

Yeni məcəllə başqa bütün hallarda gəlir əldə etməklə vəkillik edənlərin inzibati qaydada cərimələnməsini nəzərdə tutur. Bu halda fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək, vəzifəli şəxslərsə altı yüz manatdan səkkiz yüz manatadək cərimə ediləcəklər.

Bunlara da bax:

Sürücü çəkiclə polis maşınını zədələyir
Gözlə

No media source currently available

0:00 0:00:16 0:00

Yol polisinin avtomobilini zədələyən şəxs saxlandı
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

XS
SM
MD
LG