Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:01

Vəkil Elçin Sadıqovun qardaşı Elvin Sadıqov noyabrın 3-də Göygöl Rayon Polis Şöbəsində sorğu-sual edilib.

Bu haqda Elçin Sadıqovun özü Azadlıq Radiosu-na danışıb.

Vəkilin deməsində görə, polisdə qardaşından özü, ailəsi barədə soruşublar.

“Mənimlə, ailəmlə bağlı verilə biləcək bütün sualları veriblər. Həyat yoldaşımın yaxınları haqda soruşublar. Hətta övladlarımın hansı uşaq bağçasına getməsi haqda da suallar veriblər”, vəkil deyib.

Buna da bax:​ Vəkilin şəxsi fotolarının yayılması nə deməkdir?

Çək-çevir olunmasından çəkinmədiyini deyən vəkil o və yaxınlarının üzləşdiyi bütün hüquq pozuntularını sonunadək hüquq mühafizə qurumları qarşısında qaldıracağını qeyd edib.

O, bütün baş verənlərin bilavasitə peşə fəaliyyəti ilə bağlı olduğunu, onu çəkindirmək, gözünü qorxutmaq niyyəti daşıdığını da vurğulayıb.

XATIRLATMA

Elçin Sadıqov əsasən siyasi məzmunlu işlərdə vəkilliyi ilə tanınır.

Buna da bax:​ Vəkilin kibercinayətkarlıqla bağlı şikayəti

Noyabrın 2-də o, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) hədələndiyini açıqlamışdı. Ardınca internet mediası üzərindən vəkillə bağlı şantaj məzmunlu xəbər, şəxsi ailə fotoları yayılmışdı.

E.Sadıqov tədbir görülməsindən ötrü daxili işlər nazirinə, baş prokurora və Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib.

Əlaqəli qurumlardan vəkilin açıqlamalarına, hələlik, münasibət almaq mümkün olmayıb.

Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG