Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:18

Vəkil NİDA üzvünə bəraət istəyir


Həbsdə olan NİDA üzvü Bayram Məmmədov
Həbsdə olan NİDA üzvü Bayram Məmmədov

NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə yanvarın 18-nə təyin edilib. Bu haqda “Azadlıq Radiosu”na B.Məmmədovun vəkili Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində şikayətə hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.

E.Sadıqov B.Məmmədov barəsində Bakı Ağır Cianyətlər üzrə Məhkəməsinin 10 il müddətinə azadlıqdan məhrum edilməsi qərarından Apellyasiya şikayəti verildiyini deyir:

“Bu qərar əsassız və qanunsuzdur, B.Məmmədov cinayət törətməyib, məhkəmə istintaqı zamanı da onun cinayət törətməməsi sübuta yetirilib. B.Məmmədov heykəlin üzərinə şüar yazmağa görə həbs edilib.Amma bununla belə azadlıqdan məhrum edilməsi haqda qərar çıxaılırıb”.

E. Sadıqov deyib ki, şikayətdə B.Məmmədova bəraət verilməsi xahiş edilib.

Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov mayın 10-da saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Rəsmi məlumata görə, onun üzərindən və evindən ümumilikdə 2 kq-dan artıq heroin götürülüb.

Məhkəmə prosesində B.Məmmədov ona sürülən ittihamlarla razılaşmadığını və günahsız olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə isə B.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan B.Məmmədov apellyasiya şikayəti verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG