Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:43

Hələ də bəzi proqramlar Azərbaycan vaxtını tanımır


İllüstrasiya
İllüstrasiya

►Yay keçidinə ləğvin virtual problemləri hələ də qalır

Azərbaycan sakinləri yay vaxtına keçidə alışsalar da, internetlə əlaqəli bəzi proqramlar hələ də Azərbaycan vaxtını tanımır.

“Komputerimdə “Windows” proqramıdır, “Facebook”da müəyyən saata qoyduğum materiallar gah qoyduğum saatda, gah da bir saat geri olmaqla çıxır”, Azərbaycanda fəaliyyət göstərən saytlardan birinin veb- redaktoru Tahir Məmmədli AzadlıqRadiosuna deyir.

Onun sözlərinə görə, hələ də bəzi informasiya texnologiyaları məhsulları Azərbaycan vaxtı problemini yaşayır: “Windows Microsoft-un proqramıdır. Guya ki, onlar vaxt problemini həll edəcəkdilər, amma yenə də problem yaşayırıq”, Tahir Məmmədli əlavə edir.

“Hökumət bu qərarı tələm-tələsik verdi”

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz Microsoft, iPhone kimi proqram təminatlarında vaxt probleminin aradan qalxdığını müşahidə etdiyini söyləyir:

“Məncə, problem həll olundu. Düzdür, yay vaxtına keçiddən sonra vaxt probleminin həlli uzun sürdü. Ancaq ola bilsin ki, hansısa virtual sistemlərdə, proqram təminatlarında bu problem qalıb”.

Osman Gündüzə görə, hökumət yay keçidinin ləğv olunması qərarını hazırlıqsız verib:

“Bir qədər tələm-tələsik qərar verdi. Belə qərarlara virtual dünyanı hazırlamağa azı 2-3 ay lazımdır. Microsoft kimi nəhəng şirkətlər öz resurslarını iki gündən bir yeniləmirlər ki. İki-üç aydan bir yeniləyirlər”.

Osman Gündüz əlavə edir ki, Azərbaycan hökuməti saatla bağlı məlumatı dünya üzrə mərkəzə vaxtında verməliydi: “İstisna etmirəm ki, xeyli sayda əməliyyat sistemlərində, bəzi mobil telefonlarda, proqram təminatlarında vaxt problemi hələ də qalır”. Müsahibimiz əlavə edir ki, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bununla bağlı monitorinq keçirib araşdırma aparmalı, haralarda vaxt probleminin qaldığını üzə çıxarmalıdır.

____________________________________________________________

Bunlara da bax:
Kənddə çaqqal sürüylə gəzir
Avropa Birliyində kim nədən narazıdır?

____________________________________________________________

Mütəxəssis deyir ki, virtual dünyada vaxta hesablanan “min cür xidmətlər var”. Onun sözlərinə görə, hətta vaxt problemi üzündən insanlar, şirkətlər maliyyə itkiləri ilə üzləşə bilərlər.

“Biz dərhal məlumat verdik”

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi metrologiya sahəsində olan beynəlxalq qurumlara, təşkilatlara dərhal məlumat verib. Bunu komitənin Mətbuat xidmətinin rəhbəri Fazil Talıblı AzadlıqRadiosuna deyir.

O əlavə edir ki, Azərbaycanın etalon vaxtı tətbiq edilən saata uyğunlaşdırılaraq, proqram təminatında dəyişiklik edilib: “Siz word.time.zone saytına daxil olsanız, Azərbaycanın real saatını görə bilərsiniz”, Fazil Talıblı deyir. O, informasiya texnologiya məhsulları ilə bağlı problemin onlara aid olmadığını vurğulayır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi suallarımıza cavab verməyib.

“Microsoft Azərbaycan” şirkətindən isə AzadlıqRadiosuna bildirilib ki, şirkət yay vaxtına keçidin ləğvi ilə bağlı mayın 10-da düzəliş edib. Bəzi “Windows” proqramlarında vaxtın düzgün göstərilməməsini şirkət pirat proqramlarla izah edir: “Lisenziyalı proqramlarımız özü-özünü təzələyir”, deyə şirkətdən bildiriblər.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (8 iyun)

Ramazanın başlanğıcı ətrafında yenə mübahisə düşdü. Hətta birliyə çağırmağın özü mübahisə yaratdı
Günün əsas hadisələri Azadlıq Radiosunda (8 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (8 iyun)

İlham Əliyevə belə etiraz edən olmamışdı - Bəs polis hara baxır?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG