Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:21

Vatikan islamla dialoqun 'yol xəritəsini' təqdim edir


Papa Francis şeyx Ahmed Muhammad Al-Tayyiblə görüşür
Papa Francis şeyx Ahmed Muhammad Al-Tayyiblə görüşür

"İslamla dialoq qurmağın yol xəritəsi mövcuddur. Onun üç əsas prinsipi sülh, ədalət və təhsildir".

Bunu Papalığın dinlərarası dialoq şurasının katibi, yepiskop Miguel Ayuso Guixot deyib. “Teoloji səviyyədə fərqlər qalmaqdadır və bəllidir. Ancaq hər hansı teoloji fərqlər xaricində biz əl-ələ verərək hamının ortaq yararını quracağıq",o, sözlərinə əlavə edib.

MÜNASİBƏTLƏR KƏSİLMİŞDİ

"Bir çox islam institutları ilə rəngarəng və zəngin dialoq mövcuddur", – deyə yepiskop bildirib.

Buna da bax:​ Papa: 'Dinc yaşamaq əsas sərtdir'

Yepiskop Ayuso islam institutları ilə dialoqun inkişafından danışıb. O, Müqəddəs Taxt-tacla Qahirənin Əl-Əzhar məscidi arasındakı münasibətlərin bərpasını özəlliklə vurğulayıb. Əl-Əzhar məscidi nəzdindəki Əl-Əzhar Universiteti ilə birlikdə sünni islamın ən nüfuzlu mərkəzidir.

Əl-Əzhar 2011-ci ildə Müqəddəs Taxt-Tacla münasibətlərə son qoymuşdu. Həmin vaxt o zamankı Papa XVI Benedict Milad bayramı zamanı İsgəndəriyyədəki kilsələrə hücumlara sərt reaksiya vermişdi. Ali İmam Ahmed el-Tayebsə Papanın reaksiyasını Misirin daxili işlərinə "müdaxilə" kimi qiymətləndirmişdi.

Yalnız bu il Vatikan Əl-Əzharla münasibətlərin bərpasına nail olub. Öncə, fevralın 16-da yepiskop Ayuso Əl-Əzharı ziyarət edərək məscidin imamının müavini Abbas Shumanla görüşdü.

Buna da bax: ​Zəlzələyə 'Allahın cəzası' deyən rahib cəzalandırılıb

ROMADA GÖRÜŞ OLACAQ

Sonra, mayın 23-də Ali İmam el Tayeb Vatikana gələrək Papa Francis-i ziyarət etdi. Burada o, həm xristianlara, həm də müsəlmanlara islamçı ekstremist hücumları qınadı.

Yepiskop Ayuso iyulun 13-ü və oktyabrın 23-də yenidən Əl-Əzharı ziyarət etdi.

Bu müntəzəm səfərlərin məqsədi Müqəddəs Taxt-Tacla Əl-Əzhar arasında dialoqun rəsmi bərpasını qeyd etməkdən ötrü Romada görüş keçirmək idi. Bu görüş 2017-ci ilin aprelində baş tutmalıdır. Ancaq hələ rəsmi tarix elan olunmayıb.

Buna da bax:​ Papa:"Hələbi bombalayanlar Allah qarşısında cavab verəcəklər"

“Bizim Əl-Əzharla qurduğumuz dialoqun məqsədi sülhün təbliğindən ötrü birgə təşəbbüslər irəli sürməkdir", – deyə yepiskop Ayuso vurğulayıb.

“SÜLHÜN ƏKİZ BACISI”

Yepiskopun sözlərinə görə, bu, dialoqun yol xəritəsinin ilk istiqamətidir. "Öz təşəbbüslərimizdə biz dini diskurslara yenidən nəzər salacaq və bu dini diskursun həm müsəlman, həm də xristian icmalarında yenilənməsinə fokuslanacağıq. Bu, sülh öhdəliyidir. Yeni təfsir son zamanlar din adına gedilmiş bir çox qaranlıq yolların qarşısını ala biləcək",yepiskop əlavə edib.

Yepiskop Ayuso deyir ki, "sülhün əkiz bacısı olan" ədalət yol xəritəsinin ikinci istiqamətidir.

Buna da bax: ​Sufi islam bütün dərdlərə çarə ola bilərmi?

“Hər bir dinin bütün daşıyıcıları öz ölkələrində vətəndaşlığı hiss etməlidirlər ki, ortaq yararın və ictimai yararın inşasına qatıla bilsinlər",yepiskop Ayuso deyib.

Yepiskopun sözlərinə görə, Əl-Əzhar və Müqəddəs Taxt-tacın "dini azadlıq məsələsində əməkdaşlığının" səbəbi də budur.

Yol xəritəsinin üçüncü istiqaməti isə təhsildir. Yepiskop deyib ki, cəhalət bir çox pisliyin səbəbidir. O əlavə edib ki, "dini cəhalətin nə qədər böyük olduğunu daim görürük".

SAĞLAM DİNİ TƏHSİL ÖHDƏLİYİ

Yepiskop vurğulayıb ki, yol xəritəsi çərçivəsində dini liderlər "öz icmalarında sağlam dini təhsil vermək öhdəliyi götürməyə dəvət edilirlər".

Buna da bax:​ Avropa ölkələrində hicab

“Bu təhsil digər insanlara sayqı, digər insanlar barədə şəxsi kimliyi zənginləşdirən bilginin verilməsi əsasında qurulmalıdır. Belə ki, "kimlik daim qorunmalı və dəyərləndirilməlidir", – deyə yepiskop Ayuso bildirib.

Yepiskop Ayusonun rəhbərlik etdiyi Papalığın Dini Dialoq Şurası Beynəlxalq Dialoq Mərkəzi və Livanda yerləşən Adyan Fondu ilə birlikdə "Mərhəmət bəşəri dəyər kimi" mövzusunda simpozium keçirib. Simpozium noyabrın 3-4-də Papalığın Qreqorian Universitetində gerçəkləşib. Papa Francis müxtəlif dini icmalardan olan iştirakçılar qarşısında açılış nitqi söyləyib. O, özəlliklə də, din adına zorakılıq aktları, insan oğurluğu və terrorizmdən söz açıb.

Yepiskop Ayuso vurğulayıb ki, bu təşəbbüs müxtəlif dinlərin mərhəmətə dair baxışlarını bölüşməsinə imkan yaratmaq məqsədi daşıyır. Bu yolla dini icmalar "insanlığa birlikdə xidmət adına əməkdaşlıq edə" bilərlər.

Buna da bax:

Roma Papası Qafqaz regionuna arzusu
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG