Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:24

Oktyabrın 5-də Vaclav Havel-in 80 yaşı tamam olur. Siyasətçinin ölümündən 5 il keçsə də, onun irsi aktuallığını itirməyib. Haveli, hələ də, həm Çexiyada, həm də bütün dünyada müzakirə edirlər.

90-cı illərdə Vaclav Havellə sıx ünsiyyətdə olmuş tarixçi Yefim Finstein onu belə xatırlayır:

RADİKAL LİBERAL

“Uzaqdan onun fiquru vətəni Çexiyada olduğundan xeyli daha monumental görünürdü. 1980-ci ildə həbsxana psixoloqunun o vaxtkı siyasi məhbus Vaclav Havel barədə yazdığı xasiyyətnamədə deyilir: "Yüksək intellektə malik, sosial cəhətdən çevik, müasir ideyalar aləmində yaxşı orientasiyası olan ekstravert şəxsiyyət. Müstəqil və qeyri-adi qərarlara meylli, zəngin fantaziya və daxili həyata malik, düşüncələrini çox gözəl ifadə etməyə qadir azad fikirli radikal liberal... Bununla yanaşı, vasvası və özünə güvənməyən insan".

Buna da bax: Kim idi Sizin üçün Vaslav Havel?

90-cı illərin əvvəllərində kommunizmin yenicə süqut etdiyi və totalitarizm barədə xatirələrin hələ təzə olduğu vaxtlarda onun söylədiyi nitqlər və yazdığı mətnlər yeni və çoxmənalı səslənirdi. Ancaq demokratik quruluş möhkəmləndikcə onlar əvvəlki kəskinliyini itirdi.

Onun həyatının devizi olan "Həqiqət və sevgi yalan və nifrətə qalib gələcək" prinsipi insan təbiətinə xitab etdiyi zaman yaxşı səslənirdi. Ancaq, ciddi siyasi proqram kimi təklif olunduqda gülüş doğura bilərdi.

SOL TƏFƏKKÜR

Vaclav Havel-in fikirləri statik olmayıb, daim təkamül edib. Məsələn, əvvəlcə o, qəti pasifist idi. Bütün hərbi bloklara qarşı çıxan Havel təkcə Varşava Paktının yox, NATO-nun da özünü buraxmasını istəyirdi. Ancaq ömrünün sonuna yaxın o, intervensionalizm (xarici müdaxilə) tərəfdarı və hətta "humanitar bombardman" ifadəsinin müəllifinə çevrilmişdi. Hərçənd, onun ideyaları heç zaman sağ liberlizmə qədər təkamül etməyib.

Bununla yanaşı, maraqlıdır ki, rus sağ liberal yönlü intellektualları həmişə onu özlərinə silahdaş hesab ediblər.

Buna da bax: Laçın köçkünlərinin cəhənnəm əzabı

İdeya hərəkatlarının incə bilicisi olan Margaret Thatcher Çexiya prezidentini belə xarakterizə edir:

"Havelin antikommunist olmasına cüzi şübhə belə ola bilməz. Ancaq o, sol təfəkkürlü insandır və bu, onun dünyaya baxışını müəyyən edir".

“RUSİYAYA KÖMƏK EDİN”

Havel böyük çex yazıçısı Milan Kunderanın "Avropanın oğurlanması" essesində Rusiyanın, Çexiyanı özünün təbii sivil mühitindən qoparmış kobud aqressor kimi təsvir olunmasına qarşı çıxır.

Vaclav Havel məxmər inqilabından dərhal sonra ABŞ Konqresində çıxışında Çexiyanın mürəkkəb şərq qonşusu barədə düşüncələrini belə ifadə etmişdi: "Bizə kömək etmək istəyirsinizsə, əvvəlcə Rusiyaya kömək edin".

Solçu ziyalı olan Havel tez-tez məntiqi tələlərə düşürdü.

Bir tərəfdən o, Çexoslovakiyanın ilk prezidenti, "çex ideyası"nın müəllifi Masaryk-a pərəstiş edir, antiavstriya və antifaşist müqavimət hərəkatının ənənələrinə dəyər verirdi. Digər tərəfdənsə, hər hansı milli mənsubiyyəti danır, dünya vətəndaşlığı prinsipini təbliğ edir, dövləti keçmişin köhnəlmiş qalığı hesab edirdi. O, hətta dövlət suverenliyinin bütün əlamətlərinin fövqəlmilli idarə orqanlarına, "dünya hökumətinə" verilməsinin tərəfdarı idi.

Buna da bax: Putinin Qarabağ planı və ya Rusiyanın “İsgəndərnamə”si...

HƏM MÜQƏSSİR, HƏM KUMİR

Bir tərəfdən, azadlıq və demokratiya uğrunda yorulmaz mübariz olan Havel, digər tərəfdən, demokratiya barədə özünəməxsus düşüncələrə malik idi. O, siyasi partiyalara və nümayəndəli parlamentarizmə heç inanmırdı.

İdeya mübahisələri yaranan zaman Havel intuitiv olaraq postmodernist əxlaqi relativizm prinsiplərini irəli sürənləri dəstəkləyirdi. Xristian əxlaqının əsasları, ailə, vətənpərvərlik kimi anlayışlar ona yad idi.

Bu gün bəziləri Haveli real kapitalizmin gətirdiyi bütün problemlərə görə günahkar şeytan kimi görürlər. Digərləri üçünsə o, insanları real sosializmdən azad etmiş kumir və abidədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG