Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:06

Vaşinqtonda Azərbaycanda insan haqlarına dair müzakirə başlayır


Arxiv fotosu: Bakıda etiraz aksiyasında insan haqları fəalı Rəsul Cəfərov saxlanarkən. 1 sentyabr 2012
Arxiv fotosu: Bakıda etiraz aksiyasında insan haqları fəalı Rəsul Cəfərov saxlanarkən. 1 sentyabr 2012

.

Noyabrın 5-i Bakı vaxtı ilə axşam saat 11-də Vaşinqtonda Azərbaycanda qanunun aliliyi və insan haqlarının vəziyyəti ilə bağlı brifinq keçiriləcək.

“Azərbaycanda insan haqlarına hörmətin ciddi şəkildə pisləşməsinə dair” brifinqi Helsinki - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası (Helskinki Komissiyası Federal Hökumətin müstəqil qurumudur-red.) təşkil edib.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Morningstar
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Morningstar

Dinləmələrdə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Morningstar (hazırda Atlantik Şurada Qlobal Enerji Mərkəzinin direktoru), həbsdəki hüquq müdafiəçiləri Leyla və Arif Yunusun qızı Dinara Yunus və Avrasiya-Qeyri-Kommersiya Qanunvericiliyi Beynəlxalq Mərkəzinin vitse prezidenti Natalia

Arif və Leyla Yunusların qızı Dinara Yunus
Arif və Leyla Yunusların qızı Dinara Yunus

Bourjaily-ın ştirak edəcəyi gözlənilir.

Brifinqdən əvvəl yayılan mətbuat üçün bildirşdə deyilir:

“Son iki ildir ki, Azərbaycanda qanunun aliliyi və insan haqlarının vəziyyəti ilə bağlı ciddi pisləşmə müşahidə olunur.

Qanunvericlik sərtləşdirilir deyə, çoxlu müstəqil vətəndaş cəmiyyəti təşkilatları bağlanır, onların liderləri qorxudulur, həbs edilir.

Azad media sərt şəkildə məhdudlaşdırılıb və ya tamamilə bağlanıb”.

Məlumatda deyilir ki, Azərbaycanda müxalifət partiyaları gözümçıxdıya salınır və tez-tez seçki prosesindən kənarda qalır: “Nüfuzlu siyasətçilər uzun müddətə həbs olunur və bir çox müşahidəçilərin fikrincə, onlara qarşı ittihamlar siyasi motivlidir”.

Həmçinin qeyd edilir ki, brifinq xüsusilə Azərbaycanda qanunun aliliyi və hakimiyyətin öz təndiqçilərinin susdurmaq üçün ədliyyə sistemindən istifadə etməsini analiz edəcək.

Tədbirdə həmçinin ölkədə 1 noyabr parlament seçkiləri və onun Azərbaycanın üz tutduğu istiqamətə təsirləri müzakirə olunacaq.

Azərbaycan hakimiyyəti yuxarıda deyilən tənqidləri qəbul etmir, Qərbin, o cümlədən ABŞ-ınhakimiyyətə qarşı qərəzli olduğunu deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG