Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:23

►Oktyabrın 26-da xalq artisti Vasif Adıgözəlovun (1935 -2006) anadan olmasının 80 illiyi altıgünlük musiqi festivalı ilə qeyd ediləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, festival saat 15-də Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən "Vasif Adıgözəlov- 80" elmi konfransı və kamera konserti ilə start götürəcək.

Oktyabrın 27-də Azərbaycan Milli Konservatoriyasında "Vasif Adıgözəlovun yaradıcılıq irsi" adlı konsert təqdim olunacaq. Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (Dirijor Ağaverdi Paşayev) çıxış edəcək. Oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində "Vasif Adıgözəlovun mahnı çələngi" adlı konsert olacaq.

Ertəsi gün Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Vasif Adıgözəlova ithaf" deviziylə "Bakı-sinfoniyetta" orkestrinin konserti (Dirijor Cavad Tağızadə) keçiriləcək.

Buna da bax: "İlqar Məmmədovun həyatına təhlükə var"

Oktyabrın 30-da Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarın yubileyinə həsr olunmuş gecə planlaşdırılıb. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (Dirijor Yalçın Adıgözəlov) yubiley gecəsində çıxış edəcək.

Festival oktyabrın 31-də saat 19.00-da Akademik Opera və Balet Teatrında Vasif Adıgözəlovun "Natəvan" operasının tamaşası ilə sona çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG