Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:06

“Vərəmin dərmana davamlı formaları artır”


Rafiq Bayramov (Foto: "Bizim yol")
Rafiq Bayramov (Foto: "Bizim yol")

►Həkim Rafiq Bayramov deyir ki, vərəmdən tam sağalmaq mümkündür

Azərbaycanda hər 100 min nəfərə 78.3 vərəmli xəstə düşür. Ermənistanda bu rəqəm hər 100 min nəfərə 44.6, Gürcüstanda isə 95.4-dür. Bu rəqəmlər Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional ofisinin yaydığı hesabatdandır.

Avropa dərmana davamlı vərəmə görə dünyada öncül yerlərdən birini tutur. Dünyada 30 belə ölkədən doqquzu bu regiondadır. Azərbaycan da bu sıradadır.

24 mart – Vərəmlə Beynəlxalq Mübarizə günündə Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Rafiq İdris oğlu Bayramov AzadlıqRadiosuna Azərbaycandakı vəziyyətdən danışır:

Gözlə

No media source currently available

0:00 0:01:51 0:00
Direct-ə keçid

– Vərəm miqrasiya ilə bağlı xəstəlikdir. Xəstə adam gəlir, yoluxdurur, ya sağlam adam gedib yoluxur. Azərbaycanda da vəziyyət digər ölkələrdəki kimidir, yəni rezident formalarının artması müşahidə edilir. Yəni vərəmin dərmana davamlı formaları yayılır. Bu o deməkdir ki, dərmanların təsir etmədiyi, dərmanlarla müalicənin effekt vermədiyi vərəmin klinik formaları artır. Bu da iki səbəbdəndir, ya xəstə dərmana davamlı vərəm çöpləri ilə xəstələnir, ya da qeyri-düzgün müalicə nəticəsində xəstədə vərəm çöplərində davamlılıq yaranır. Bunun da müalicəsi sadə vərəmin müalicəsindən qat-qat çətindir. Əgər sadə vərəmin müalicəsinə azı 6-8 ay lazımdırsa, davamlı vərəmlərdə 2 il, bəzi hallarda, daha uzun müddət lazım olur.

– Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional ofisinin hesabatına görə, Azərbaycanda hər 100 min nəfərə 78.3 vərəmli xəstə düşür. Ermənistanda bu rəqəm44.6-dır. Sizcə, niyə bu qədər fərq var?

– Ermənistanda vərəmli xəstələrin bu qədər az olması inandırıcı deyil, çünki ordakı həyat şəraiti elə də yüksək deyil, bizdəkindən aşağıdır. Vərəm sosial xəstəlikdir. Yaşayış şəraiti pis olan yerdə vərəmə tutulanlar çox olur. Məncə, bu rəqəm aşkarlanma dərəcəsini göstərir. Nə qədər yaxşı aşkarlanma olarsa, əhali nə qədər yaxşı yoxlanarsa, xəstələrin sayı o zaman artar. Ermənistanda ya statistikanı gizlədirlər, ya da əhali arasında yaxşı aşkarlanma işi getmir, yaxşı müayinə aparmırlar. Bizdə isə əhali arasında müayinə işləri yüksək səviyyədə aparılır. Müalicə və dərmanlar pulsuz verilir, dövlət hesabına təmin edilir.

Vərəmin əlamətləri

– Vərəmə yoluxmanın ilk əlamətləri nədir?

Gözlə

No media source currently available

0:00 0:01:12 0:00
Direct-ə keçid

– Vərəm bütün orqanlarda ola bilər. Zədələdiyi orqana xas əlamətlər olur. Əsasən, ağciyərlərdə, tənəffüs orqanlarında olduğundan 3 həftə və ya daha artıq vaxt ərzində öskürək, döş qəfəsində ağrılar, axşamlar qızdırma (37°C dərəcədən artıq hərarət), zəiflik, halsızlıq, gecələr tərləmələr, oynaqlarda ağrılar, qan hayxırma olarsa, arıqlama müşahidə edilərsə, həkimə müraciət etmək lazımdır. Bu əlamətlər o demək deyil ki, adam vərəmə yoluxub. Ancaq bu şübhə ixtisaslaşmış müayinə tələb edir. Bu zaman ilkin diaqnoz ya təsdiqlənir, ya inkar edilir.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

– Vərəmlə bağlı Azərbaycanda ölüm halları azalıb, ya artır?

– Dəqiq rəqəmlər əlimin altında deyil, amma tendensiya azaldığını göstərir. İldən-ilə Azərbaycanda vərəmlə mübarizə yaxşılaşır.

“Məhbuslar üçün daha yaxşı müalicə imkanları vardı”

Vərəm. İllüstrasiya (©Shutterstock)
Vərəm. İllüstrasiya (©Shutterstock)

– Rafiq müəllim, vərəmlə mübarizə həbsxanalarda daha yaxşı aparılır, yoxsa, mülki xəstəxanalarda?

– Düzünü deyim ki, bir neçə il əvvəl daha yaxşı müalicə imkanları penitensiar xidmətdə idi. Orada Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə uyğun, müasir, ixtisaslaşmış müalicəxana yaradılmışdı. Artıq mülki xəstəxanalarda da bu təcrübə tətbiq edilir. Ancaq bu, vərəmin kökünün kəsiləcəyi demək deyil. Vərəm bəşəriyyətlə yaşıd xəstəlikdir, zaman-zaman artıb, azalıb. Üstəlik, vərəmlə bağlı mübarizə effekt versə belə, arxayınlaşmaq olmaz, çünki dərhal inkişaf edə bilər. Bu xəstəlik daim mübarizə tələb edir. Məsələn, dərmana davamlı formaların artması buna dəlalət edir.

“Dövlət sağalan pasiyentə yalnız dərman verir”

– Rafiq müəllim, vərəmin sosial xəstəlik olduğunu vurğuladız. Maddi imkanı zəif xəstə sağalıb evinə qayıdarsa, onun yaxşı qidalanmasına da köməklik göstərilirmi?

– Xeyr. Yalnız xəstəxanada müalicə olunduğu vaxt bütün müayinə, dərmanlar pulsuzdur, evə buraxılandan sonra da verilən profilaktik müalicə, dərmanlar dövlət hesabınadır. Amma qidalanması yox.

– Azərbaycanlılar vərəmlə bağlı hansı mərhələdə həkimə müraciət edirlər?

– Xəstəliyin erkən dövründə. Çünki profilaktik müayinələr aparılır və buna görə də başlanğıc mərhələdə xəstəlik aşkar edilir. Ancaq bəzi xəstələrimiz olur ki, Rusiyada yoluxur və vətənə ağırlaşmış vəziyyətdə gəlirlər.

– Vərəm sağalan xəstəlikdirmi?

– Tam sağalan xəstəlikdir. Əgər düzgün müayinə və müalicə aparılarsa, xəstə yüz faiz sağalacaq. Elə pasiyentlərim olub ki, müalicədən sonra vərəmdən əsər-əlamət qalmayıb. Hətta özü deməsə, nə vaxtsa vərəmə tutulduğunu bilmək olmaz.

Buna da bax:

Anar Məmmədli:"Soruşdu ki, "Google" kimdir?"
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

XS
SM
MD
LG