Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:44

Van Damme-ın qızı şahzadə olmadı...


Bianca Van Damme
Bianca Van Damme

Bianca zahirən əsl pinup qızlarına oxşayır. (“pinup” XX əsrin 40-cı -50-ci illərinə aid sözdür. Gözəl qız şəkillərini əks etdirən plakatlara deyilir) Di gəl, ayaqla elə ideal zərbələri var ki…

“İrsi davam etdirmək istəyirəm”

“Balaca qız və oğlanlara göstərmək istəyirəm ki, insan həm fiziki hazırlıqlı ola, həm də qadın məlahətini saxlaya bilər. Nahar süfrəsində ayağını ayağının üstünə aşıra, ardınca da qəşəng, qadınsayağı təpiklə kiminsə payını verə bilərsən. Bir növ, atamın döyüş növlərini bizim nəsil üçün meynstrimə çevirdiyi kimi. Mən bu irsi davam etdirmək istəyirəm", - 25 yaşlı Bianca deyir.

Bu, aktrisa və film prodüserindən ötrü yetərincə cəsarətli açıqlamadır.

Buna da bax:​ Kadırovun ad gününə Hollywood ulduzları da qatılıb

Nə qədər olmasa da, o, uşaqlığı boyunca atası Jean-Claude Van Damme-a və anası - bodibildinq çempionu Gladys Portugues-ə döyüş növlərinə "nifrət etdiyini" deyirdi.

"Kikboksçu", "Küçə savaşçısı" kimi filmlərlə döyüş növlərini geniş kütlə arasında populyarlaşdıran Jean-Claude qızı Bianca-nın və üç yaş böyük qardaşı Kristopher-in rahatlığını təmin edib.

“Valideynlərim istədiyimiz işlə məşğul olmağımıza imkan veriblər. Mən uşaq olanda, anam nizam-intizamlı olmağım üçün məni döyüş növlərinə həvəsləndirdi. 7 yaşım vardı. Dedim ki, "mənim döyüşməkdən zəhləm gedir". Əvəzində balet və buz üzərində konkisürməyə meyl saldım", - Bianca-nın sözləridir.

“Anladım ki, doğru-düzgün bacarmalıyam”

Sonra ailə Los Ancelesdən Kanadaya, Vankuverə köçüb. "Yeniyetmə vaxtı sürətli konkisürmə ilə elə ciddi məşğul olurdum ki, olimpiya oyunlarına düşmək istəyirdim", - yenə Bianca-nın sözləridir.

Buna da bax: Diktatorların məşhurlar sevgisi

Ancaq günün birində zədələnir: "Bir müddət ilişib qaldım. Konkisürmə mənim bütün həyatım idi. Ancaq… özümə təzə bir şey tapmalıydım".

Bianca aktyorluğa başlayır. Daha sonra - 2008-ci ildə "Sərhəd patrulu çoban” filmində atası ilə döyüş səhnələrinə çəkilir. Bu təcrübə onun çox xoşuna gəlsə də, ciddi qəbul etmir. “İlk filmimə baxanda, ekranda gördüklərimi bəyənmədim. Anladım ki, mən bu işlə məşğul olmağa məcbur qalsam, doğru-düzgün bacarmalıyam”.

Beləliklə, o özünü toparlayır və atası birgə işə ara verəndəŞ öz üzərində ciddi işləyir. O vaxtdan Bianca Jean-Claude-la birgə onun altı filminə çəkilib. Hətta 2 filmin prodüseri olub. Əvvəlcə onun adı "Bianca Van Varenberg" kimi yazılırdı. Bu, atasının gerçək soyadıdır. Daha sonra "Bianca Bree" kimi yazmağa başladılar. "Bree" onun ikinci adı olan Brigitte-in qısaldılmış şəklidir. O, Jean-Claude-la birlikdə çalışsa da, özünü kənarlaşdırmaq istəyib.

Buna da bax:​ Azərbaycanlı aktrisa Türkiyənin ən nüfuzlu kino mükafatını qazandı

“Bunun mənə nə dəxli var?”

Ancaq indi peşə həyatında atasının səhnə təxəllüsündən yararlanır:

“Çətindir. İnsanlar həmişə mənə yaxınlaşıb atamı necə sevdiklərini deyirlər. Bunu eşitmək xoşdur, ancaq... Bunun mənə nə dəxli var?".

Üstəlik, ata Van Damme-ın adı heç də həmişə yaxşı xəbərlərdə hallanmayıb. 1990-cı illərdə Jean-Claude gündə 10 qram kokain qəbul edirdi.

Paparazzilərlə dava, aktyorun borc içində çırpınması və həbsi barədə xəbərlər də yayılıdı. Aktyor yeddi dəfə müalicə alıb. Son dəfə ona bipolyar pozuntu diaqnozu qoyulmuşdu.

Buna da bax: Buzlu suyu əndərib… 100 milyon dollar topladılar

1992-ci ildə Bianca-nın anasından ayrılan Jean-Claude model Darcy LaPier-lə evlənir, ancaq 1999-cu ildə Portugues-lə yenidən evlənir.

Bianca deyir ki, atası ilə münasibətləri asan olmayıb: "Mən atamın balaca qızı, ya da şahzadəsi olmamışam… Ancaq indi yaxşıyıq. Söhbətləşirik, bir yerdə vaxt keçiririk… Birgə idman zalına gedib… təpik atırıq…".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG