Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:16

Dollar dünya valyutalarına 'qan uddurur', amma manat...


Britaniya funt sterlinqi
Britaniya funt sterlinqi

Bu günlər ABŞ dolları digər pul vahidləriylə müqayisədə sürətlə dəyər qazanır. ABŞ Mərkəzi Bankı – Federal Ehtiyat Sisteminin (FED-in) sentyabr toplantısında faiz artımından yan ötsə də, ilin sonuna doğru artım gözləntiləri çoxalıb. Bu gözlənti bir çox ölkədə mövcud iqtisadi və siyasi böhranlar ucbatından da dolların digər pul vahidləri qarşısında yüksəlişini dəstəkləyir. ABŞ valyutası son bir neçə həftədə yüksəlişə keçərək, dollar indeksində 7 ayın zirvəsinə çatmışdı.

Son bir aya baxanda, dollar 8 faizlə ilə ən çox ingilis funt-sterlinqini üstələyib. İngiltərə pul vahidini dəyərsizləşmə baxımından 4 faizlə türk lirəsi, 3 faiz yarımla İsveç kronu və 3 faizlə Rumıniya ronu izləyib.

Olub-bitənlər məşhur "məzənnə savaşları" və "Dollar: ABŞ-ın pul vahidi, dünyanın problemi" deyimlərini yenidən gündəmə gətirib.

Buna da bax:​ Valyuta bazarının müvəqqəti sabitliyinin səbəbi üzə çıxıb?

Bu banklar dolları bahalaşdır

Dünya maliyyə bazarlarında bunlar baş verərkən, Azərbaycanın milli valyutası - manat sentyabrın 14-dən dollara nisbətən möhkəmlənir. Ancaq Mərkəzi Bankın rəsmi dollar/manat məzənnəsi aşağı düşməkdə davam etsə də, banklar dolları eyni sürətlə ucuzlaşdırmır, hətta bəzi banklar daha da bahalaşdırır. “Bank Respublika”, “Rabitəbank”, “Turanbank”, “DəmirBank” və “Əmrahbank” dünən – oktyabrın 13-ü ilə müqayisədə ilə dolların qiymətini qaldırıblar.

Məsələn, oktyabrın 13-də 1 dolları 1,6050 manata satan “Bank Respublika” bu gün (oktyabrın 14-də) 1,6090 manatdan satır. “Rabitəbank” da dolları bahalaşdırıb. Oktyabrın 13-də 1 dolları 1,5750 manatdan alan, 1,6150 manatdan satan bu bank bu gün 1,5810 manatdan alır, 1,6200 manatdan satır.

“Turanbank” dolları daha baha satır (oktyabrın 13-də 1, 6100-a, bir gün sonra 1,6300-a).

Dünən 1 dolları 1,5960 manatdan alan, 1,6090 manatdan satan “Amrahbank”sa oktyabrın 14-də 1,5970 manatdan alışa, 1,6090 manatdan satışa üstünlük verib.

Oktyabrın 13-də 1 dolları 1,5800 manatdan alan, 1,6030 manatdan satan “Dəmirbank” ertəsi gün 1,5850 manatdan alır, 1,6060 manatdan satır (marja).

Buna da bax:​ Mərkəzi Bankdan manat açıqlaması

Mərkəzi Bankın yeni hərrac qaydalarına görə…

MB-nin yeni qaydalarına görə, hərracdakı tələb, hərraca çıxardılan və satılan məbləğ ictimaiyyətə açıqlanmır. Bu səbəbdən, MB-nin açıqlaması məzənnənin aşağı düşdüyünü göstərsə də, əslində, şübhə yaranır ki, tələbat təklifi üstələyir. Bankların hərracdan ehtiyac duyulan məbləğdə dollar ala bilməməsi və bu üzdən banklarda dolların ucuzlaşmasının rəsmi məzənnədəki kimi hiss olunmaması iddiaları da həmin şübhələrdən qaynaqlanır.

Amma bütövlükdə başqa bir suallar da doğur: Manat nə vaxtadək möhkəmlənəcək? Bu möhkəmlənmə hansı iqtisadi təmələ dayanır?

“Manat daxili iqtisadi duruma bağlıdır”

Maliyyə bazarları eksperti Cəfər İbrahimli də xatırladır ki, son zamanlar FED-in dekabrda faizin yüksəldəcəyi, “Brexit” məsələsinin (Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının) aktuallaşmasi və Çində makroiqtisadi rəqəmlərin qaneedici olmaması inkişaf etməkdə olan ölkələrin pul vahidlərinin və avronun ABŞ dolları qarşısında dəyər itirməsinə səbəb olub: “Türk lirəsi dollar qarşısında tarixi minimumu gördü. Manatsa ABS dollarıyla müqayisədə 2,5 faiz dəyər qazandı. Mən daha əvvəllər də vurğulamışdım ki, manatın dəyəri daxili iqtisadi durumdan asılı olduğundan, FED-in qərarı manata az təsir göstərəcək. İndi belə də olduğu görünür”.

Buna da bax:​ «Rubl və qrivna 2015-in ən çox dəyər itirmiş valyutalarıdır»

Ekspertin fikrincə, manatın dollar qarşısında məzənnə dəyişikliyi valyutaya cari tələbatdan və Mərkəzi Bankla Dövlət Neft Fondunun satışa bu tələbi qarşılayacaq qədər valyuta çıxarmasından qaynaqlanır: “Manatın uçot dərəcəsinin kəskin yüksəldilməsi və MB-nin tələbi qarşılayacaq miqdarda valyutanı satışa çıxarması manatın bir az dəyər qazanmasına səbəb olub”.

Məzənnənin sabit qalma şərtləri...

C.İbrahimli manatın məzənnəsinin sabit qalma şərtlərini sadalayır: “Tədiyyə balansında mənfi saldo artmadıqca, bazarın tələbini qarşılayacaq həcmdə valyuta satılacaqsa, maliyyə və pul bazasının genişlətmək siyasətinə keçilmədikcə xarici aləmdə nə baş verməsindən asılı olmayaraq məzənnə bir müddət cari qiymət ətrafında saxlana biləcək”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG