Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 02:34

Son 5 ayda Azərbaycanda valyuta bazarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin azalıb. Dollarla əməliyyatlar azı 3 dəfə aşağı düşüb.

DOLLAR - ALAN ÇOX, SATAN YOX...

Mərkəzi Bankın açıqladığı statistik bilgilərdə belə deyilir.

APA xəbər verir ki, bu il iyunun 1-nə olan rəqəmlərə görə, dollarla mübadilə əməliyyatları 2 milyard 792 milyon 258 min təşkil edib. Ötən il isə bu, 8 milyard 298 milyon 501 min manat olmuşdu.

Bu ilin 5 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 1 milyard 377 milyon 263 min dollar satılıb. Bu göstərici əvvəlki illə müqayisədə 5 dəfə azdır.

DOLLAR ALIŞINDA İSƏ ARTIM VAR

Bu ilin ilk 5 ayında 1 milyard 414 milyon 994 min dollar alınıb. Əvvəlki illə müqayisədə artım 3.3 faizidir.

AVRO - ALAN DA, SATAN DA AZALIB

Avro ilə əməliyyatlarda da azalma olub.

5 ayda avro ilə əməliyyatların həcmindəki azalma 1.8 dəfə olub. Avro ilə mübadilə əməliyyatlarının həcmi 363 milyon 52 min avro təşkil edib. Halbuki, bir il əvvəl bu məbləğ 641 milyon 772 min avro olmuşdu.

Satılan avronun həcmində də azalma olub – 2.3 dəfə.

Ancaq dollardan fərqli olaraq, avro alışında da azalma müşahidə olunub. Cüzi – 0.3 faiz azalma baş verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG