Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:33

Keçmiş milli təhlükəsizlik nazirinə 14 il cəza kəsildi


Naxçıvan MTN-in rəhbəri Vəli Ələsgərov (sağda), muxtar respublikanın rəhbəri Vasif Talıbovla, 2013
Naxçıvan MTN-in rəhbəri Vəli Ələsgərov (sağda), muxtar respublikanın rəhbəri Vasif Talıbovla, 2013

-

Naxçıvan Ağır Cinayətlər üzrə Hərbi Məhkəməsində bu gün bu muxtar respublikanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərova hökm oxunub.

Prokuror sabiq nazirin 14 il 3 ay azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə onu vəzifə səlahiyyətlərini aşmaqda və qanunsuz dinləmədə təqsirli bilərək, 14 il həbs cəzasına məhkum edib.

Bu barədə sabiq nazirin vəkili Vüqar Xasayev bildirib.

“Bu, ədalətsiz, qanunsuz və insafsız qərardır”, deyən vəkil əlavə edib ki, qərardan şikayət veriləcək.

Vəli Ələsgərov 15 il ərzində Naxçıvan MTN-ə rəhbərlik edib.

O, 2015-ci ilin dekabrında bu işini itirib. Naxçıvanda bu nazirliyin bazası əsasında yaradılan yeni quruma o, rəhbər təyin edilməyib. 2016-cı ilin fevralında barəsində həbs-qətimkan tədbiri seçilib.

____________________________________________________________

Bunlara da bax:
Azərbaycanda həkim xəstənin sağlam ayağını kəsib
Ermənistanla Rusiya razılaşıb

____________________________________________________________

Ona qarşı mənimsəmə, sui-istifadə və səlahiyyətlərini aşma ittihamı ilə cinayət işi açılıb.

Ancaq, martın 29-da həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Vəli Ələsgərov evə buraxılan kimi mətbuata təqsirsiz olduğunu və həbs zamanı işgəncələrə məruz qaldığını bildirib.

Təqribən 40 gün sonra- mayın 7-də V.Ələsgərov barəsində yenidən həbs-qətimkan tədbiri seçilib

İbtidai istintaqın yekunda ona qarşı əlavə qanunsuz dinləmə ittihamı irəli sürülüb. Məhkəmə prosesi qapalı rejimdə keçirilib.

Vəli Ələsgərovun həbsindən 2 ay əvvəl isə Azərbaycan milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Dekabrda isə prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib.

Bu nazirliyin bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

O vaxt mətbuat baş verənləri müxtəlif versiyalarla izah edirdi. Ən çox eşidilən versiyalardan birində qeyd edilirdi ki, Milli Təhlükəsizlik Nazirliyi hakimiyyətin ən yüksək pilləsində dayanan şəxslərin qanunsuz dinlənməsini həyata keçirib.

Buna da bax: Ayağı səhvən kəsilən: "Həkim pula görə məni bu günə qoydu"

Ayağı səhvən kəsilən: "Həkim pula görə məni bu günə qoydu"
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 24 iyun

Brexit-dən Azərbaycan nə itirəcək?
Günün əsas hadisələri Azadlıq Radiosunda - 24 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 24 iyun

Azərbaycanlılar başqa xalqlardan az yeyir

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG