Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:14

Vahid Ələkbərov neftin qiymətindən danışır


Vahid Ələkbərov
Vahid Ələkbərov

"Lukoil" rəhbəri deyir ki, neft hasilatının sabitləşdirilməsi ilə bağlı tədbirlər qiymətin qaldırılmasına yox, onun 50 dollar səviyyəsində saxlanmasına xidmət edir.

""Lukoil" neft hasilatının sabitləşdirilməsi ilə bağlı tədbirlərə qoşulmağa hazırdır", şirkətin rəhbəri Vahid Ələkbərov jurnalistlərə belə deyib.

BUna da bax: Thomas de Waal: Azərbaycanda təlatüm qaçılmaz ola bilər

"Əgər prosesdə iştirak etmək istəyiriksə, fəal mövqe tutmalıyıq. Energetika Nazirliyinin çətiri altında ümumi protokolu bütün şirkətlər imzalamalıdır. Bizim şirkət buna hazırdır", o vurğulayıb.

ÜMUMİ MARAQLAR VƏ YERLİ MÜNAQİŞƏLƏR

"OPEC-in neft hasilatının sabitləşdirilməsi ilə bağlı razılaşması neft qiymətlərinin qalxmasına yox, bir barrelin 50 dollar səviyyəsində qalmasına yarıdm edəcək. Qiymət artıq 50 dollardan yuxarıdır. Bu, şist neftinə qoyulan sərmayələri effektiv edən qiymətdir. Bu qiymət 50 dollar səviyyəsində sabitləşəcək. Biz OPEC-in noyabr iclasını gözləyəcəyik", deyə Ələkbərov bildirib.

"Lukoil" prezidenti həmçinin qeyd edib ki, noyabr iclası vacibdir. Bu iclasda hasilat həcmləri müzakirə ediləcək. "Ümid edirik ki, ümumi maraqlar yerli münaqişələrə üstün gələcək. ...İran, İraq və Səudiyyə Ərəbistanının razılığa gəlmək istəyini bəyan etməsi artıq bütün bazara çox nikbin bir siqnaldır. Bu, sadəcə spekulyasiya deyil", deyə Ələkbərov vurğulayıb.

Buna da bax: “Əsrin Müqaviləsi”ndən Azərbaycan nə qədər qazanıb, bilirsinizmi?

OPEC üzvü olan ölkələr sentyabrın 28-də Əlcəzairdə, XV Beynəlxalq energetika forumu çərçivəsində qeyri-rəsmi görüşdə neft hasilatının sutkada 32,5 - 33 milyon barrelədək məhdudlaşdırılmasına dair razılığa gəliblər. Tədbir öncəsi iştirakçılar razılığın əldə olunacağına skeptik yanaşırdılar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG