Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:56

Vahid Ələkbərov 3 milyard dollar itirdi


►​Azərbaycan əsilli Rusiya biznesmeni Vahid Ələkbərov son 1 ildə 3,3 milyard dollar itirib.

"Forbes" jurnalı dünya milyarderlərinin illik reytinq cədvəlini dərc edib.

"Lukoyl" şirkətinin sahibi dünya reytinqində 124-cüdür.

1 ildə varidatı 8,9 milyard dollara enib.

Rusiya milyarderlərindən ən öndə olan "Новатэка" və "Сибура" qaz şirkətlərinin sahibi Leonid Mixelsondur. Mixelsonun varidatı bir ildə 2,7 milyard dollar artaraq 14,4 milyard dollara çatıb. O,, siyahıda 60-cı yeri tutur.

Siyahıda ikinci Mixail Fridmandır. O, tərəfdaşları German Xan və Aleksey Kuzmiçovla birlikdə Rusiyanın ən böyük maliyyə və sənaye investisiya qrupu olan "Alfa-qrup"a nəzarət edir.

Buna da bax: Putinin böyük qızının gizli həyatı

Fridmanın varidatı 1,3 milyard dollar azalaraq 13,3 milyard dollara düşüb

Ardıcıl olaraq bir neçə il Forbs jurnalının rusiyalı milyarderlər siyahısında lider olmuş Alişer Usmanov bu il üçüncü olub. "Metalloinvest" holdinqi, "Meqafon" mobil operatoru və "Kommersant" nəşr evinin sahibi olan Usmanovun varidatı bir il ərzində 1,9 milyard dollar azalaraq 12,5 milyarda dollara enib.

Buna da bax...

"Uşaqlıqdan bizi Putinin yaxşı olduğuna inandırırlar"
Gözlə

No media source currently available

0:00 0:09:24 0:00

XS
SM
MD
LG