Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:52

Bakıya qonaq gələn erməni Kiyevə qayıdıb


Vahe Avetian
Vahe Avetian

Bakı aeroportundan İsveç vətəndaşı olan yazıçı Vahe Avetian-ın geri qaytarılmasına münasibət bildirməyiblər. Aeroportun mətbuat xidmətindən «Turan»a deyiblər ki, bu məsələ ilə bağlı Sərhəd Qoşunlarına sual verilməlidir.

Dövlət Sərhəd Xidmətindən isə sualı yazılı şəkildə istəyiblər. Hələlik, cavab yoxdur.

+++

Azərbaycan hökumətinin İsveç vətəndaşı olan yazıçı Vahe Avetian-ı Bakıya buraxmadığı bildirilir.

«Turan»ın xəbərinə görə, Bakı aeroportunun neytral zonasında bir sutka qalan V.Avetian oktyabrın 9-u gecə Ukrayna aviaxətti ilə geri qaytarılıb.

«Bu iki günü mənimlə olanlara sağ ol deyirəm. İki gündə mindən çox məktub aldım. Sülhü dəstəkləyən bütün azərbaycanlı və ermənilərə təşəkkür edirəm. Sülh prosesinə kiçicik də olsa töhfənizi əsirgəməyin. Evlərimizdə sülh olsun»,-deyə geri qayıdan V.Avetian Kiyev aeroportunda olanda Facebook səhifəsinə yazıb.

Oktyabrın 8-i gecəyarısı yazıçı V.Avetian Bakıya gəlib. Facebook səhifəsində yazır ki, onu heç kəs dəvət etməyib, sülh tərəfdarı kimi özü təşrif buyurub.

V.Avetian Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyindən Ermənistanda təqiblərə məruz qaldığını bildirir. O, Xocalı faciəsinə görə üzr istəyib.

Qarabağı Azərbaycanın parçası sayan erməni dissident...

'Xocalı üçün ürəyi ağrıyan' erməni dissident
Gözlə

No media source currently available

0:00 0:09:02 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG