Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:31

-

Bakıda sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu il də festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.

Bu qurumun və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq festivala Rusiya, Latviya, Estoniya, Suriya, İtaliya, Kanada, Türkiyədən tanınmış musiqiçilər və kollektivlər - Liyepaya Simfonik orkestri, Gürcüstan Kamera Orkestri, Rusiya Nəfəs Alətləri Kvinteti, Saksofon kvarteti, Mişel Kampanella, Oleq Poxanovski, Tanel Joamets, Azmex Kinan, Miina Yarvi və başqaları qatılacaqlar.

Prezident sərəncamına əsasən, 1995-ci ildən ölkədə hər il sentyabrın 18-i--Üzeyir Hacıbəylinin doğum günü “Üzeyir Musiqi Günü” kimi qeyd olunur.

Beynəlxalq musiqi festivalları 2009-cu ildən keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG