Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:18

Nazir bağça və musiqi məktəblərinə büdcə ayırmamağı təklif edir


Uşaq bağçası

Uşaq bağçası

“Musiqi məktəblərində, məktəbəqədər uşaq bağçalarında müştərək maliyyələşmə mexanizmi tətbiq oluna bilər”.

Xəbəri maliyyə naziri Samir Şərifov verib.

“Report”un xəbərinə görə, nazir böyük maliyyə vəsaitlərini cəlb etmək imkanına malik qurumlarda korporativ idarəetmə standartlarının tətbiq olunmasının vacibliyini bildirib.

Buna da bax:​ Uşaq bağçaları restoran olub?

“Biz artıq bazar iqtisadiyyatına keçmişik. Dövlət üzərinə sosial yükü götürüb. Sosialyönümlü siyasət üstünlük təşkil edəcək. Lakin bəzi xərclərin dövlətlə əhali arasında bölüşdürülməsi, eyni zamanda, həmin xərclərin düzgün, səmərəli həyata keçirilməsinə ictimai nəzarətin tətbiqinə gətirib çıxarır. Hazırda pullu və dövlət büdcəsi hesabına maliyyələşən bağçalar var. Burada müştərək maliyyələşmə prinsipləri tətbiq oluna bilər”, nazir qeyd edib.

Buna da bax:​ Döşəməsiz, ərzaqsız, uşaqsız bağçası

S.Şərifov bildirib ki, musiqi məktəblərinin müştərək maliyyələşmə prinsiplərinə də baxıla bilər.

“Mədəniyyət və Turizm Nazirliyi ilə məsləhətləşmələrə başlamışıq. Musiqi məktəblərində də müştərək maliyyələşmə prinsipləri tətbiq oluna bilər. Bir hissəsi dövlət və bir hissəsi maraqlı valideynlər tərəfindən ola bilər. Valideynə maraqlıdırsa ki, uşaq bu sahədə oxusun, yəqin ki, cüzi də olsa bu prosesdə iştirak etməlidir”.

Parlament komitələri iki gündür ki, 2017-ci ilin büdcəsini müzakirə edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG