Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:19

Bakıda 14 yaşlı uşağı oğurlayana 12 il cəza


Polis
Polis

Bir müddət əvvəl Bakının Rəsulzadə qəsəbəsində 14 yaşlı uşaq oğurlanmışdı. Uşağın buraxılması üçün əslən Kürdəmir rayonundan olan, Rəsulzadə qəsəbəsində kirayə qalan ailədən 20 min manat pul tələb olunmuşdu. Həmin bu uşaq oğurluğu məsələsinə Bakı Ağır Cinayətlər Məhkəməsində Tamilla Nəsrullayevanın sədrlik etdiyi hakimlər kollegiyası baxıb. 14 yaşlı Cəfəri oğurlamaqda suçlanan Sənan Qasımzadəyə 12 il həbs cəzası verilib.

Hadisə 2016-cı il mayın 30-da baş verib. Uşağın anası Afət Qasımova deyir ki, həmin gün bir xeyli müddət övladını axtarandan sonra ona zəng gəlib və Cəfərin buraxılması üçün 20 min pul tələb olunub. Eyni zamanda, xəbərdarlıq olunub ki, əgər polisə xəbər versə, uşaq öldürüləcək. Tələb olunan məbləği verməyə imkanı çatmadığını deyən Afət Qasımova bu səbəbdən məcbur qalıb polisə məlumat verdiyini bildirib.

Cinayət işinin materiallarına görə, əvvəlcə uşağın hansı maşınla qaçırıldığı müəyyənləşdirilib və o avtomobil axtarılıb. Onu Azadlıq prospektində saxlayıblar. Həmin vaxt uşaq da maşında olub. Avtomobili də Sənan Qasımzadə idarə edirmiş.

Sənan Qasımzadə ifadəsində özünü təqsirli bilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG