Keçid linkləri

2025, 07 Dekabr, bazar, Bakı vaxtı 15:48

Un və çörək ƏDV-dən azad olunur


Çörək
Çörək

Azərbaycanda 2017-ci il yanvarın 1-dən quş ətinin satışı, unun, çörəyin istehsalı və satışının 3 il müddətinə Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsi planlaşdırılır.

«Trend»in xəbərinə görə, bunu vergilər naziri Fazil Məmmədov dekabrın 14-ü Milli Məclisdə komitələrin birgə iclası zamanı deyib.

Nazir bildirib ki, buğdanın idxalı və satışının da həmin müddətə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

2016-cı ilin yanvarında buğdanın idxalı, satışı, un və çörəyin istehsalı, satışı ƏDV-dən azad edilmişdi. Lakin bu güzəştlər ilin sonuna başa çatır.

XS
SM
MD
LG