Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:50

Təqsirləndirilən teatr direktoru Heydər Əliyevdən sitat gətirdi


«Dostluq» parkı
«Dostluq» parkı

Sentyabrın 20-də teatr rəhbərinə hökm oxunacaq

“Ümummilli lider Heydər Əliyev deyirdi ki, “dövlət iki halda sarsılar – təqsirkar cəzasız qalanda və təqsirsiz cəzalandırılanda”. Bu gün təqsirsiz adamlar məhkəmə qarşısına çıxarılıb. Əsl təqsirkarları isə üzə çıxarmadılar”.

Bunu “Üns” teatrının direktoru Tərlan Hüseynovun vəkili İlhamə Həsənova sentyabrın 19-da məhkəmədə müdafiə çıxışında deyib.

Bir neçə aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Tərlan Hüseynovun, eləcə də onunla birgə mühakimə olunan 7 saylı Mənzil-İstismar Sahəsinin rəisi Famil Quliyevin və Səbail rayonu, Bibiheybət bələdiyyəsinin baş memarı Etibar Məmmədovun məhkəməsi gedir. Onlar Şıx çimərliyi yaxınlığındakı “Dostluq” parkının ərazisi sayılan torpaqların satılmasına görə məsuliyyətə cəlb olunublar.

Buna da bax:​ Çal-çağırla sökülən villalara görə daha bir həbs

Onlar Şıx çimərliyi yaxınlığındakı “Dostluq” parkının ərazisi sayılan torpaqların satılmasına görə məsuliyyətə cəlb olunublar.

Bu iş üzrə məhkəmə istintaqı başa çatıb. Prokuror təqsirləndirilən şəxslərdən Etibar Məmmədova - 11 il, Famil Quliyevə - 10 il, daşınmaz əmlak alğı-satqısı ilə məşğul olan Tərlan Hüseynova isə 10 il 6 ay həbs cəzası istəyib.

“Əsl təqsirkarları üzə çıxarmadılar”

Etibar Məmmədovun vəkili Günay Hacıyeva onun yaradıcı insan olduğunu, musiqi bəstələdiyini, himayəsində azyaşlı uşaqlar olduğunu məhkəmənin nəzərinə çatdırıb.

“Belə yaradıcı adam cinayətkar ola bilməz..."

Tərlan Hüseynovun vəkili İlhamə Həsənova müdafiə etdiyi şəxsə verilmiş dələduzluq, saxta sənəd hazırlama, ondan istifadə kimi ittihamların məhkəmədə təsdiqini tapmadığını vurğulayıb: “Dələduzluq cinayəti kiminsə etibarından sui-istifadə edib, əmlakını ələ keçirməklə törədilir. Tərlan kimi aldadıb, dövləti? Axı onun heç bir səlahiyyəti olmayıb... Bələdiyyənin iki cılız, heç bir səlahiyyəti olmayan işçilərini tutub salıblar bura. Halbuki, belə işlərin icra hakimiyyətinin başı üzərindən görülmədiyini hamı bilir. Təəssüf ki, istintaq zamanı da, məhkəmədə də əsl təqsirkarları üzə çıxarmadılar. Başını qaldıranı da başından vurdular”.

Buna da bax:​ 'Villa işi'ndə cəza istənildi

Ötən ilin mayında prezident İlham Əliyev «Dostluq» parkındakı villaları "qanunsuz" adlandırmış və onların sökülməsinə göstəriş vermişdi.

Tərlan Hüseynova bəraət verilməsini istəyən vəkil onun “Üns”ün rəhbəri, eləcə də Filarmoniyanın keçmiş direktor müavini olmasına diqqət çəkib: “Belə yaradıcı adam cinayətkar ola bilməz. Xahiş edirəm, müşavirə otağında qərar çıxararkən, haqq-ədaləti əldən verməyin”.

Təqsirləndirilən şəxslər qısa son söz söyləyərək, özlərini təqsirli bilmədiklərini və məhkəmədən ədalətli hökm istədiklərini deyiblər.

Buna da bax:​ «Dostluq parkı işi»ndə yenilik var...

Məhkəmənin hökmü sentyabrın 20-də məlum olacaq.

Ötən ilin mayında prezident İlham Əliyev «Dostluq» parkındakı villaları "qanunsuz" adlandırmış və onların sökülməsinə göstəriş vermişdi. Daha sonra villaları musiqi sədaları altında sökdürən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirmişdi ki, sökülən villaların yerində 10 mindən çox ağac əkiləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG