Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:33

Rusiyada İqtisadi inkişaf naziri Aleksey Ulyukaevlə yanaşı baş nazir müavini Arkadi Dvorkoviç və prezidentin köməkçisi Andrey Belousovla bağlı da operatim müşahidə aparılıbmış.

Bu barədə noyabrın 16-da “Vedomosti” qəzeti güc qurumlarındakı mənbəə istinadla xəbər yayıb.

Mənbənin məlumatına görə, bu qalmaqalda İqtisadi inkişaf nazirliyi koporativ idarə departamentinin rəhbəri Oksana Tarasenko və baş nazirin birinci müavini İqor Şuvalovun köməkçisi Marina Romanovanın da adları hallanır.

Belousovla Dvorkoviç məsələyə münasibət bildirməkdən imtina ediblər.

Qəzetin yazdığına görə güc qurumları Ulyukaevin komandasını çoxdan izləyirmiş və bundan prezident Vladimir Putin də xəbərdarmış.

Aleksey Ulyukaev bazar ertəsi axşam saxlanıb.

Hakimiyyət onun “Rosneft” şirkətindən 2 milyon dollar məbləğində rüşvət alarkən yaxalandığını deyir.

Amma KİV-lərin məlumatına görə pullar banka qoyulubmuş və Ulyukaevin əli ona toxunmayıb.

Məlumatlara görə o, “Başneft” in səhmlərinin sərfəli sövdələşmə ilə “Rosneft”ə satılması üçün rüşvət tələb edib.

Amma keçmiş nazir ittihamı rədd edir.

Prezident Vladimir Putin noyabrın 15-də Ulyukaevi işdən azad edib və o, hazırda Minsk küçəsindəki mənzilində ev dustağıdır.

Qoluna elektron bilərzik taxılan Ulyukaev gələn il yanvarın 17-dək ev dustağı olacaq.

Onun səlahiyyətləri müavini Yevgeni Elinə tapşırılıb.

Başqa bir məlumata görə isə bu gün hökumətin təcili iclası gözlənilir.

Bu barədə noyabrın 16-da Federasiya Şurasının sədri Valentina Matvienko məlumat verib.

Amma o, iclasda konkret nəyin müzakirə olunacağına aydınlıq gətirməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG