Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:00

Ukraynada ATƏT nümayəndələri girov götürülüb (24-25 aprel xronologiyası)

Ukrayna antiterror əməliyyatına başlayan kimi Rusiya onun sərhədlərinə qoşun göndərdi. Putin Ukraynanı, Qərb də Putini hədələdi. Ukraynanın şərqindəki əməliyyatlar isə ilk uğurlardan sonra yerində saymağa başladı

Ukrayna təhlükəsizlik qüvvələri Donbasda hakimiyyəti ələ keçirən silahlı separatçılara qarşı yeni əməliyyatlara başlayıb. Pasxa bayramından dərhal sonra rəsmi Kiyev "anti-terror" əməliyyatlarının bərpa olunacağını elan etdi.

Aprelin 24-də separatçıların Slavyansk şəhərininin mərkəzinə qədər sıxışdırılıb. Toqquşmalarda 5 nəfərin öldüyü bildilir.

Donass vilayətindəki əməliyyata reaksiya verən Rusiya öz qoşunalarını Ukrayan sərhəddi istiqamətinə hərəkətə gətirir. Rusiya prezidenti və müdafiə nazirləri Ukraynanı hədələyir, Qərb isə əməliyyatlara haqq qazandırır.

AzadlıqRadiosu hadisələri yaxından izləyərək bu bloqu daim yeniləyir. Məlumatlar xronoloji ardıcıllqla yerləşdirildiyindən ən son xəbərlər mətnin əvvəlindədir.

Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»umuzda daha əvvəl gedən xəbərlərlə tanış olmaq mümkündür.

22:04 25.4.2014

Slovyansk şəhərində ATƏT müşahidəçiləri girov gotürülüb. Ukrayna daxili işlər nazirliyi onların azad olunması üçün separatçılarla danışıqlar aparıldığını bildirir, lakin separatçılar "Rusiyadan göstəriş olmadığını" deyirlər.
Ətraflı burada oxu
21:34 25.4.2014
Ukrayna daxili işlər nazirliyi xəbər verir ki, Slavyansk şəhəri Milli qvardiya tərəfindən mühasirədə saxlanlır. Bundan əvvəl Ukrayna rəsmiləri bəyan ediblər ki, Slavyansk şəhərinin mərkəzində inzibati binalarda müdafiə mövqeyi tutan silahlı separatçılara hücum etməyəcəklər, çünki toqquşmada dinc sakinlər və günahsız adamlar həlak ola bilər.
21:22 25.4.2014
Rusiya prezidenti Vladimir Putin canlı yayımda elan edir ki, Ukraynanın şərqi tarixən Rusiyanın olub...
Rusiya prezidenti Vladimir Putin canlı yayımda elan edir ki, Ukraynanın şərqi tarixən Rusiyanın olub...

Davamı

XS
SM
MD
LG