Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:46

Ukraynalılar Trump-ın qələbəsini belə qarşıladılar


Donald Trump
Donald Trump

Çərşənbə səhəri yuxudan oyanan ukraynalıların qorxduqları şey başlarına gəlib. Donald Trump-ın prezident seçilməsi onların inamını qırıb və təlaşlandırıb

"Hələ yatdığımı, bunun qorxunc yuxu olduğunu deyin!" -

Kiyevdə yerləşən Antikorrupsiya Fəaliyyət Mərkəzinin icraçı direktoru Daria Kaleniuk noyabrın 9-da paylaşdığı “Facebook” statusunda belə yazır.

"Yalvarıram, kimsə bunun gerçək olmadığını desin...", -

vətəndaş cəmiyyəti fəalı Kateryna Kruk Trump-ın qələbəsinin çox yaxın olduğu anlarda “Twitter”də yazıb.

"Kiyevdə səhər saat 5-dir, ancaq yatmağa qorxuram. Trump prezident olanda Putin Suriya və Ukraynanı asanlıqla özünün yeni Çeçenistanına çevirə bilər",

- “Kanal 5” televiziyasının jurnalisti Myroslava Petsanın “tvit”idir.

Kiyev Rusiya ilə mübarizəsində ABŞ-ı özünün ən yaxın müttəfiqi sayır. Trump-ın seçki kampaniyası gedişində səsləndirdiyi fikirlər Rusiyanın Ukraynadakı hərəkətlərini onun qəbul edəcəyi təsəvvürü doğurub və narahatlıq yaradıb.

Adi ukraynalılar qorxurlar ki…

Bir çox adi ukraynalı qorxur ki, Trump Rusiyaya qarşı sanksiyalara son qoyacaq, Krımın ilhaqını rəsmən tanıyacaq və Rusiyanın Şərqi Avropada nüfuz dairəsini bərpa etməsinə imkan verəcək.

Ukrayna prezidenti Petro Poroshenko və BVF-nun icraçı direktoru Christine Lagarde
Ukrayna prezidenti Petro Poroshenko və BVF-nun icraçı direktoru Christine Lagarde

Bəziləri Trumpın Ukrayna ilə bağlı mövqeyini eşitmək istəyir. İstyirlər ki, Ukrayna liderləri onun bu mövqeyini öyrənsinlər.

"Poroshenko və Pavlo Klimkin (xarici işlər naziri) indi Trump-dan Ukraynanın suverenliyi haqqında mövqeyini açıqlamasını tələb etməlidirlər!" -

Avropameylli Samopomiç partiyasından olan deputat Serhiy Kiral belə yazıb.

Trump administrasiyası dönəmində Ağ Evlə Kiyev arasındakı münasibətlərin daha əvvəlki administrasiya dövründəki kimi isti olmayacağını düşünmək olar.

Trump öz seçki kampaniyasının gedişində bir dəfə Poroshenko-nu təhqir edib. Ukrayna lideri sentyabrda - Nyu Yorka səfəri zamanı BMT Baş Assambleyasında Trump-la görüşüb. Görüş əsnasında Poroshenko Trump-dan oturmasını xahiş etsə də, o bu xahişə reaksiya verməyib.

Ukraynadan tək təbrik?

Çərşənbə günü - noyabrın 9-da Trump Ukraynadan bircə təbrik almışdı. O da ölkənin baş naziri Volodymyr Hroysman-ın “Twitter” mesajı idi. Hətta bu mesajda yeni seçilmiş prezidentin adı çəkilmirdi.

"Birləşmiş Ştatların prezidentinə seçkidə qazandığı qələbə münasibətilə təbriklərimi çatdırıram. Ümid edirəm ki, yeni administrasiya Ukraynanın kursunu dəstəkləməkdə davam edəcək", - Hroysman belə yazmışdı.

Poroshenko isə günün ikinci yarısında - ABŞ səfiri Marie Yovanovitch-lə görüşü zamanı Ukrayna adından təbriklərinin Trump-a çatdırılmasını xahiş edib. Prezident ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının qüvvədə saxlanmasının vacibliyini də vurğulayıb. O, Trump administrasiyası ilə əməkdaşlığı səbrsizliklə gözlədiyini də bildirərək qeyd edib ki, "Rusiyanın təcavüzünə qarşı, azadlıq və demokratiya, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizəsində Birləşmiş Ştatlar Ukraynanın etibarlı tərəfdaşı olaraq qalır".

Mikheil Saakashvili t
Mikheil Saakashvili t

“Hər şey yaxşı olacaq”

Gürcüstanın keçmiş prezidenti, noyabrın 7-də Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsindən istefa vermiş Mikheil Saakashvili Batumidə “Trump Tauer”in 2012-ci ildəki açılışı zamanı Trump-la çəkdirdiyi fotonu “Facebook”da paylaşıb.

"Mən [Trump-ı] 20 ildən çoxdur tanıyıram. Biz dostuq. Onun qələbə qazanacağını düzgün proqnozlaşdırmışam",

- Saakashvili-nin sözləridir. Ancaq o, həm də özünü sığortalamaq üçün yazıb ki, siyasətçiyə çevrilmiş Amerika biznesmenin "güclü şəxsiyyəti və öncədən görülə bilinməyən siyasəti var... biz ehtiyatlı olmalıyıq".

Ukraynanın Litvada doğulmuş keçmiş iqtisadiyyat naziri Aivaras Abromavicius-sa olub-bitənlərə daha nikbin yanaşır. Onun “Twitter” mesajında oxuyuruq: "Həyat davam edir. Hər şey yaxşı olacaq".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG