Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:17

Poroshenkonun sülh təşəbbüsü, Slavyansk meri devrildi (Ukrayna xronikası)

- Ukrayna təhlükəsizlik qüvvələri separatçılara qarşı əməliyyatına əks tərəf Ukrayna-Rusiya sərhədindəki hərbi hissələrə hücumlarla cavab verir. Döyüşlərin şiddəti, hərbi toqquşmaların miqyası günü-gündən artır.

- Ukrayna prezidenti döyüş bölgələrindən dinc əhalinin çıxarılması haqda göstəriş verib

- Slavyanskda və Kramatorskda ağır döyüşlər davam edir. Donbass-ın digər şəhərlərindən də həyəcanlı xəbərlər daxil olmaqdadır


Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
00:38 6.6.2014

RUSİYA TƏRƏFDƏN GƏLƏN YARAQLI DƏSTƏLƏR


İyunun 5-də Rusiya ilə sərhəddə yerləşən Ukrayna hərbçilərinə hücumlar olub. Ukrayna sərhəd xidmətinin rəhbəri bəyan edib ki, hücumlar həm də Rusiya ərazisindən baş verir. O, Ukrayna güc strukturlarını vəziyyətə müdaxilə etməyə çağırıb. Ətraflı burada oxu
01:02 6.6.2014

PUTİNLƏ CAMERON ƏL VERMDƏN GÖRÜŞDÜLƏR

Soyuq baxışlar. İyunun 5-də Parisin Charles de Gaulle aeroportunda Rusiya prezidenti V.Putin və Britaniya baş naziri D.Cameron
Soyuq baxışlar. İyunun 5-də Parisin Charles de Gaulle aeroportunda Rusiya prezidenti V.Putin və Britaniya baş naziri D.Cameron

Fransaya səfərə gələn Rusiya prezindeti V.Putin-in Krımın ilhaqından sonra görüşdüyü ilk Qərb liderlərindən biri Böyük Britaniyanın baş naziri D.Cameron oldu. Xəbər verilir ki, tərəflər söhbətə bir-birinin əlini sıxmadan başlayıblar. Görüş haqda mətbuata verilən xəbərlər belədir. Britaniya tərəfi "Cameron Rusiya prezindentini çağırıb ki, Ukraynanın işlərinə qarışmasın". Putinin mətbuat nümayəndəsi D.Peskov: "Soyuq olan Rusiya-Britaniya münaisbətlərinin canlandırılması"
01:47 6.6.2014

HARADA QALMIŞDIN, AY FEMEN?


Müasir Ukraynanın dünya brendlərindən biri də, məşhur "Femen" çılpaq qızlar təşkilatıdır. Dünyanın müxtəlif ölkələrində, ən müxtəlif problemlərə qarşı "anadangəlmə" etirazları ilə çıxış edən qızların Ukraynanın özündə yaşanan böhranla bağlı niyə susduğu bir çoxlarında sual doğururdu. Nəhayət ki, FEMEN öz sözünü dedi. Qızlar İyunun 5-də Fransanın mum fiqurlar muzeyində Rusiya prezidenti Vladimir Putinə hücum ediblər. Yəqin ki, söhbətin Rusiya prezidentinin özündən deyil, onun mum fiqurundan getdiyini əlavə etmək artıqdır...

Davamı

XS
SM
MD
LG